SON DƏQİQƏ

naxcivanxeberleri.com

Polad Həşimovun qızı MƏZUN OLDU

Polad Həşimovun qızı MƏZUN OLDU
14-06-2021, 18:51

Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova da bugünki məzunlar sırasındadır.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, o, son zənglə bağlı təssüratlarını belə bölüşüb: “Mən ibtidai sinifdə oxuyarkən həmişə 11-ci siniflərə həsədlə baxırdım. Düşünürdüm ki, görəsən məzun olub o sırada dayanmaq, tələbə adını qazanmaq necə bir hissdir? Nəhayət, mən də həmin hissi yaşadım. Yəqin ki, bütün məzunlar belə düşünür: böyümüşük, artıq orta məktəblə vidalaşmalıyıq. Yəqin  ki, tezliklə fərqli bir mühitə düşəcəyik”.

Ali təhsil almaq planlarından danışan Aybəniz Həşimova deyir ki, 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşır:


“Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Buraxılış imtahanında nəticəm gözlədiyimdən daha da yaxşı oldu. 280 bal topladım.

Polad Həşimovun məzun qızı Aybəniz Həşimova

Tibb elmini, ümumilikdə biologiyanı dərinliyinə qədər öyrənmək istəyirəm. Universiteti də oxumaqda əsas məqsədim budur. Əvvəlcə istəyim odur ki, sevdiyim ixtisas üzrə peşəkarlaşım, daha sonra həmin ixtisas üzrə iş sahibi olum”.

Milli Qəhrəmanın qızı bildirib ki, bu anlarda atasının onun yanında olmasını çox istəyərdi:

“Buraxılış imtahanının nəticələri açıqlananda çox istəyirdim ki, atam da yanımda olsun. Təəssüf ki, belə olmadı. Düşünürəm ki, atam yanımda olsaydı,  həmişəki zarafatlarını edərdi. O, həmişə imtahan nəticəm çıxanda zarafat edir, əhvalımı daha da yüksəldirdi. Atam hər zaman işə yaxşı tərəfdən baxar, mənə dəstək olub uğuruma sevinərdi”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031