SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” universitetində “Xalqımızın şərəfli tarixi- 15 İyun – Milli Qurtuluş Günü” mövzusunda elmi konfrans keçirilib-FOTO

“Naxçıvan”  universitetində “Xalqımızın şərəfli tarixi- 15 İyun – Milli Qurtuluş Günü” mövzusunda  elmi konfrans keçirilib-FOTO
14-06-2021, 17:16

Azərbaycan xalqının taleyində xüsusi əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi dövlətçilik tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günüdür.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bunu “Naxçıvan” Universitetində, “Xalqımızın şərəfli tarixi- 15 İyun – Milli Qurtuluş Günü” mövzusunda keçirilən elmi konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva deyib. Rektor bildirib ki, Milli Qurtuluş Günü sadəcə təqvimimizdə qeyd olunan bayramlardan biri deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Belə ki, iyunun 15-i xalqımızın çətinliklərdən qurtulub, güclü bir dövlətin bünövrəsinin qoyulduğu, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi əlamətdar edən isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan dahi şəxsiyyət – ulu öndər Heydər Əliyevdir.

Rektor qeyd edib ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderin olmasını şərtləndirirdi. Belə bir şəraitdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.  Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycanı bəlalardan, müsibətlərdən xilas etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçildi. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”, – deyən Ümummilli lider fəaliyyətinin bütün dövrlərində yalnız ölkəsi, xalqı üçün yaşadı.

Bu gün ulu öndər Heydər Əliyev ideyalarının ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini deyən rektor, həmin siyasətin ən əhəmiyyətli uğurlarından biri kimi İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbəni xatırladıb.

Ardından çıxış üçün söz “Naxçıvan” Universitetinin müəllimi Rəna Qurbanovaya verilib. Məruzəçi bildirib ki, çətin dönəmlərdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır – deyən Rəna Qurbanova, ötən illər ərzində əldə olunan tarixi nəaliyyətlər haqqında slaydlar vasitəsilə iştirakçılara məlumat verib. Qeyd edib ki, müasir dövrümüzdə tariximizə şanlı qələbə kimi yazılan, prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində Azərbayan dövləti XXI əsrə böyük tarixi zəfərlə silinməz bir imza atdı.

Konfransda növbəti olaraq ikinci kurs tələbəsi Sara Kamalovanın­­­­­ qiraəti dinlənilib, hazırlanmış videoçarx nümayiş olunub.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031