SON DƏQİQƏ

naxcivanxeberleri.com

Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə

Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə
14-06-2021, 16:52

  İyun ayının 14-də Naxçıvan Müəllimlər İnstitutu və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilmişdir.

         Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Konfransı giriş sözü ilə açan Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının və milli dövlətçiliyin xilası və inkişafındakı tarixi missiyasının ayrı-ayrı cəhətlərindən bəhs etmiş, Milli Qurtuluş Gününün tarixi-siyasi əhəmiyyətini vurğulamışdır. Rektor bu tarixi günü Azərbaycan dövlətçiliyinin real müstəqilliyə qovuşması tarixinin başlanğıcı kimi səciyyələndirərək, hazırda həmin gündən praktiki əsası qoyulan müstəqil dövlətçilik strategiyasının bu gün də Azərbaycan respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.

         Konfransda çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Çapay Quliyev öz məruzəsini Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbovun “Azərbaycan” qəzetinin 4 iyun 2021-ci il tarixli sayında dərc olunmuş “Böyük liderlik missiyası: Heydər Əliyevdən İlham Əliyevə” adlı konseptual məqaləsinin təhlilinə həsr etmişdir. Məruzəçi məqaləyə istinadən qeyd etmişdir ki, Heydər Əliyev hələ sovet dövründə elan olunmamış Ümummilli Lider kimi fəaliyyət göstərə bilmişdir. Və bu reallıq o dərəcədə məsuliyyətli idi ki, qısqanc SSRİ rəhbərləri içərisində həmin miqyasa çatmaq və onu qoruyub saxlamaq ayrıca qabiliyyət, xüsusi liderlik tələb edirdi. Heydər Əliyev Sovet İttifaqı dövründə SSRİ-yə daxil olan müttəfiq respublikalardan birinin liderliyindən Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini səviyyəsinə yüksəlmək qədər böyük missiyanı gerçəkləşdirmiş və özünün böyük liderlik istedadı ilə həm də qoruyub saxlamağı və yaşatmağı da uğurla həyata keçirmişdir. Məlumdur ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir əsrdə ikinci dəfə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Həmin dövrdə ölkəyə səriştəsiz adamların rəhbərlik etməsi və düşmənin respublikamızın ərazi bütövlüyünə davamlı təcavüzü bütövlükdə xalqımızı “ölüm-qalım” faktı qarşısında qoymuşdu. Məhz belə çətin məqamda tale ikinci dəfə Heydər Əliyevə lider-xilaskar rolunu həyata keçirmək üçün imkan yaratmışdır. Xalqın tələbi və dəstəyi ilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev faktiki olaraq Xilaskar lider missiyasını həyata keçirmişdir. Ümummilli Liderimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dünya və ölkə miqyaslı siyasi lider kimi yetişdirməklə Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısında misilsiz tarixi xidmət göstərmişdir.

         Konfransda “Qayıdışdan Qurtuluşa” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə Azərbaycanı həm siyasi, həm də sosial-iqtisadi böhrandan çıxararaq, inkişaf edən respublikaya çevrildiyini, hər iki tarixi mərhələdə yalnız milli amallarla yaşayıb fəaliyyət göstərdiyini faktlarla diqqətə çatdırmışdır. Heydər Əliyev o qədər yetkin siyasətçi və kamil dövlət xadimi idi ki, onun keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu 1982-1987-ci illərdəki siyasi fəaliyyətinin təhlili Ümummilli Liderimizin hələ totalitar sovet dövlətinin mövcudluğunu qoruduğu həmin dövrdə bütün türk xalqlarının mənafeyini qorumaqla bağlı mühüm addımlar atdığını və bununla da onun əslində türk dünyasının siyasi-mənəvi liderliyi missiyasını həyata keçirdiyini bildirmişdir. 1990-cı il iyulun 22-də Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyevin ondan sonrakı bütün həyatı və fəaliyyətini müstəqil Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etdi. 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən böyük lider Azərbaycanın bu qədim diyarının ermənilərin hərbi təcavüzündən qorunub saxlanılmasında və sosial-iqtisadi cəhətdən tənəzzüldən xilas olunmasında mühüm tədbirlər həyata keçirdi. Ölkədə hərtərəfli böhranlı şəraitin yarandığı bir vaxtda – 1993-cü il iyunun 9-da xalqın təkidli çağırışı ilə Bakıya gedərək Azərbaycan dövlətçiliyinin xilası missiyasını həyata keçirməyə başlayan Heydər Əliyev heyrətamiz bir siyasətçi zəkası və dövlət xadimi təcrübəsi ilə ölkəmizi bütün təhlükələrdən qurtararaq, bugünkü inkişaf etməkdə olan güclü, qüdrətli, artıq ərazi bütövlüyü təmin olunmuş Azərbaycan Respublikasının möhkəm bünövrəsini yaratdı.

         Konfransın sonunda Naxçıvan Müəllimlər İnstitutunun tələbələri Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş və Milli Qurtuluş Gününün ruhuna uyğun mahnılar səsləndirmiş, şeirlər qiraət etmişlər. 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031