SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək rayonunda ailə təsərrüfatı sahiblərinin iştirakı ilə müşavirə keçirilib

Sədərək rayonunda ailə təsərrüfatı sahiblərinin  iştirakı ilə müşavirə keçirilib
19-04-2019, 14:40

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət komitəsinin Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə Sədərək rayonunda fəailiyyət göstərən ailə təsərrüfatı sahibləri ilə “Ailə təsərrüfatlarında Əkin atlaslarına uyğun yaz əkinlərinin keçirilməsi və optimal müddətdə başa çatdırılmasının əhəmiyyəti” mövzusunda müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə Sədərək Rayonunun İcra Hakimiyyəti Başçısının müvini Səfər Hüseynov açaraq ailə təsərrüfatlarına göstərilən qayğıdan yaz tarla islərinin vaxtında aparılmasının əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov qeyd edib ki, torpaq mülkiyyətçiləri əkin sahələrindən yüksək məhsul əldə etmələri üçün ixtisaşlamaya üstünlük verməli, rayonlaşdırılmış sortlardan istifadə etməli və Əkin atlaslarından istifadə etməklə növbəli əkinlərin keçirilməsini təmin etməlidirlər. Bu cür tədbirlərin vaxtında və keyfiyyətlə aparılması, intensiv metodlara üstünlük verməsi, əkinlərin optimal müddətdə başa çatdırılması təmiz və keyfiyyətli məhsul əldə etmək deməkdir. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri əsasında muxtar respublikada bütün rayonlarda Əkin atlasları hazırlanaraq aidiyyatı olan təşkilatlara paylanmiş və yerlərdə əkin atlaslarına uyğun əkinlərin keçirilməsi barədə maarifləndirici məsləhətlər mütəmadi olaraq verilmişdir. Hər bir ailə təsərrüfatı üzvləri, sahibkarlar həmin tərtib edilmiş “Əkin Atlaslarından” istifadə etməklə əkinlərin keçirilməsini məsləhət görürük. Vurğulanıb ki, Sədərək rayonunda da əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq sahələridir ki, burada əhalinin bitkiçilik və heyvandarlıq məhsullarına olan tələbatı daxili imkanlar hesabına ödənilir. Rayonda əkinçiliklə məşğul olan ayrı–ayrı ailə təsərrüfı üzvləri, torpaq mülkiyyətçiləri vardır ki, onlar kartof, soğan, tərəvəz və bostan sahələrindən daha yüksək nəticələr əldə etmişlər. Artıq Sədərək rayonunda yaz əkinlərinə başlanılıb. Gələcəkdə əkiləcək sahələrdən yüksək məhsul götürmək üçün indidən bütün aqrotexniki tədbirlər vaxtında və keyfuyyətlə aparılmalıdır. Belə ki, şumdan qabaq torpaq sahələrinə üzvi və mineral gübrələr verilməli, növbəli əkinlərə üstünlük verməklə, keyfiyyətli və repreduksiyalı toxum tədarük edilməli, əkindən qabaq toxumlar dərmanlanmalı və əkinlər optimal müddətdə başa çatdırılmalıdır. Çünki, təcrübə göstərir ki, töxumları dərmanlamadan əkdikdə, əkinləri optimal müddətdə başa çatdırmadıqda əkin sahələri xəstəlik və müxtəlif zərərvericilərlə sirayətlənirlər, bu da məhsuldarlığın aşağı düşməsilə nəticələnir. Ona görə də ailə təsərrüfatı üzvlərinə və torpaq mülkiyyətçilərinə məsləhətimiz ondan ibarətdir ki, əkindən qabaq toxumlar dərmanlanmalıdır. Kartofçuluqla məşğul olan mülkiyyətçilər bir hektar kartof əkini üçün 0.3 kq poliram preparatını 100 litr suda həll etməklə bu məhlulda 2.5-3.5 ton kartof isladılaraq əkin aparmaqla kartof sahələrindən daha yüksək məhsul əldə etmiş olarlar. Nazirliyin əməkdaşı Valeh Mehdiyev Yaz əkinlərinin keyfiyyətlə aparılmasında “Naxçıvan Aqrolizinq” ASC tərəfindən gətirilən texnika və texnoloji avadanlıqlardan istifadə etməklə əl əməyinin yüngüləşdirilməsi və çəkilən xərcin azaldımasından, Daşınmaz əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları Oqtay Məmmədov Ailə təsərrüfatlarının inkişafında torpaqlardan səmərəli istifadə yolları, Ruslan Rüstəmov Ailə təsərrüfatlarında mülkiyyət hüququnun qeydiyyatı mövzularında çıxış ediblər.
Sonda təsərrüfat sahiblərini maraqlandıran suallar cavablandırılıb mütəxəssislərin hazırladıqları buklet informasiya kitabçaları paylanılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031