SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Karyera günü keçirilib

Naxçıvan Dövlət Universitetində Karyera günü keçirilib
19-04-2019, 11:37

Kapital Bank Naxçıvan Dövlət Universitetinin İqtisad və Beynəlxalq Münasibətlər və Xarici Dillər fakültələrinin dördüncü kurs və magistr pilləsində təhsil alan tələbələri üçün Karyera günü təşkil edib.
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Tədris şöbəsinin müdiri Şahin Əliyev universitet haqqında ümumi məlumat verərək bu cür tədbirlərin keçirilməsinin tələbələrin gələcək karyera həyatında əhəmiyyətli olacağını diqqətə çatdırıb.
Kapital Bankın İşə Qəbul Şöbəsinin baş mütəxəssisi Fidan Qasımovaqeyd edib ki, hazırda maliyyə sektorunda ən fəal işəgötürən olan Kapital Bank karyera günlərinin keçirilməsində olduqca maraqlıdır. Bu kimi layihələrə dəstək göstərməklə, biz yüksək potensiala malik kadrların birbaşa universitetlərdən cəlb olunması imkanı əldə edirik.
Nəzərə çatdırılıb ki, Kapital Bank daim təhsil layihələrinə diqqət ayırır. Beynəlxalq Təhsil Sərgisi, Respublika Fənn Olimpiadası, Azərbaycan üçün öyrət, Təhsil Avtobusu, Sabah qrupları ilə layihələrdə iştirak, o cümlədən İqtisad Universiteti, Bakı MühəndislikUniversiteti, ADA Universiteti və digər qurumlarla əməkdaşlıq buna əyani sübutdur. Yaxın gələcəkdə təhsillə bağlı yeni layihələrin keçirilməsi planlaşdırılır.
Vurğulanıb ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Sonda tələbələr üçün ayrıca otaq ayrılıb və tələbələr öz CV- lərini təqdim ediblər.



Naxçıvan Dövlət Universitetində Karyera günü keçirilibNaxçıvan Dövlət Universitetində Karyera günü keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031