SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Heydərbabaya salam” poeması müzakirə edilib

Naxçıvan Dövlət Universitetində “Heydərbabaya salam” poeması müzakirə edilib
19-04-2019, 10:58

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması müzakirə edilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Oxunması zəruri olan kitablar” haqda Sərəncamını diqqətə çatdırıb. Rektor bildirib ki, Heydərbaba dağı bir gün yerlə-yeksan olar, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaqdır.
Universitet Elmi Kitabxanasının direktoru Fariz Əhmədov Şəhriyar nisgilinin sönməyən odu: "Heydərbabaya salam" əsəri adlı çıxışında qeyd edib ki, əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qovuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanıb və yalnız anasının Tehrana gəlişindən sonra qələmə alınıb. İki hissədən ibarət olan poemanın birinci hissəsi Tehranda, ikinci hissəsi isə Təbrizdə yazılıb. Vurğulanıb ki, sadə bir formada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıbvə 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunub.
Sonra tələbələrin ifasında “Heydərbabaya salam” poemasının bədii qiraəti dinlənilib. Qeyd edək ki, poemanın bədii qiraətində iran, türk, nigeriyalı tələbələr də fəal iştirak edib.
Şairin şeirlərindən ibarət digər şeirlərin bədii qiraəti dinlənildikdən sonra M. Şəhriyarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub.
Naxçıvan Dövlət Universitetində “Heydərbabaya salam” poeması müzakirə edilibNaxçıvan Dövlət Universitetində “Heydərbabaya salam” poeması müzakirə edilib
Naxçıvan Dövlət Universitetində “Heydərbabaya salam” poeması müzakirə edilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031