15:40 - Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”
15:35 - Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
15:25 - Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb
15:20 - “Azərsu” və Meliorasiya Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib-FƏRMAN
15:17 - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb-FƏRMAN
15:15 - Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib-SƏRƏNCAM
15:10 - Yeni könüllü qrupları ekofəallara dəstək üçün Laçın-Xankəndi yoluna gəliblər
15:05 - Si Cinpin: "Çin müharibəyə hazırlaşır"
15:00 - “Çağdaş Azərbaycan dilinin aktual problemləri” III respublika elmi konfransı keçirilib-FOTO
14:55 - Gürcüstanda ölənlərin sayı yeni doğulanların sayını üstələyib
14:50 - Azərbaycan və Fələstin XİN başçıları görüşüb
14:45 - Premyer Liqa: “Zirə” – “Neftçi” və “Sabah”– “Qəbələ” oyununun hakimləri açıqlanıb
14:40 - Xaricdə təhsil üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb
14:35 - Ermənistanın baş naziri və Aİ Şurasının Prezidenti arasında telefon danışığı olub
Rabitəçilərin peşə ixtisasına yiyələnmələri diqqətdə saxlanılır
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ilkin olaraq Naxçıvan Şəhər Rabitə İdarəsinin işçiləri seminarlara cəlb edilib. Kompüterin daxili və xarici qurğuları, iş prinsipləri, kompüterin proqram təminatı, əməliyyat sistemləri, antivirus proqramları, müxtəlif müasir proqramlar və ixtisaslarına uyğun texnologiyalar, mobil şəbəkə standartları, analoq və rəqəmsal elektronika, suni intellekt, nanotexnologiya, robotexnika, mexatronika və 5G texnologiyaları barəsində hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumatlar verilmiş, şəbəkələrin çəkilməsində istifadə olunan kabellərin RJ-45 başlıq hissəsinin birləşməsi, yeni nəsil avtomat telefon stansiyalarının iş prinsipləri ilə əyani tanışlıq olub. Həyata keçirilən tədbirlərin davamı olaraq Nazirliyin 2021-ci il İş Planına əsasən müvafiq peşə ixtisasına malik olmayan bir sıra rabitə mütəxəssisləri iyun ayından etibarən Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru” üzrə ixtisasartırma kurslarına cəlb olunublar.
Bir ay davam edəcək kurslara ilkin olaraq Naxçıvan Şəhər Rabitə İdarəsi və Babək Rayon Rabitə İdarəsinin əməkdaşları cəlb edilib. Qeyd edək ki, ixtisasartırma kursları digər rayonları da əhatə edəcək.
Kursu bitirən hər bir iştirakçı müvafiq hüquqi sənədlə (şəhadətnamə) təmin olunacaq.