SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ümumtəhsil məktəblərinin voleybol qız komandaları arasında yoldaşlıq görüşü keçirilib 

Ümumtəhsil məktəblərinin voleybol qız komandaları arasında yoldaşlıq görüşü keçirilib 
10-06-2021, 23:00

Sədərək Rayon Gənclər və İdman İdarəsinin, Sədərək, Naxçıvan, Şərur və Kəngərli rayon, şəhər Təhsil Şöbələrinin  və Uşaq Gənclər İdman məktəblərinin birgə təşkilatçılığı ilə "15 iyun Milli Qurtuluş Günü" nə həsr olunmuş ümumtəhsil məktəblərinin voleybol İdman klublarının qız idmançıları arasında Sədərək kənd 1 nömrəli tam orta məktəbində Sədərək rayon açıq birinciliyi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, keçirilən açıq birincilikdə Sədərək rayon Təhsil Şöbəsinin, İdman İdarəsinin, rayon, şəhər Uşaq Gənclər İdman məktəblərinin əməkdaşları və ümumtəhsil məktəblərinin voleybol idman klublarının komandaları iştirak edib.

Keçirilən açıq birincilikdə hər klubda 14 qızı voleybolçu və ümumilikdə isə 4 klubun 56 voleybolçu qızları iştirak edib.

Yarış başlamamışdan əvvəl çıxış edənlər diqqətə çatırıblar ki, bu gün bütün sahələrdə tərəqqi və yüksəliş dövrü yaşayan muxtar respublikada idmanın inkişafına və gənc nəslin sağlam ruhda tərbiyə olunmasına xüsusi qayğı göstərilir. Göstərilən diqqətin və yaradılan şəraitin nəticəsidir ki, muxtar respublika idmanında, eləcə də voleybol idman növü üzrə əldə edilən uğurların sayı artır. Bu qayğı məktəbli voleybolçuları daha böyük səylə çalışmağa və qələbələr qazanmağa sövq edir. Bildirilib ki, muxtar respublikanın şəhər və rayon təhsil müəssisələrində yaradılan idman klubları, idmanla məşğul olmaq üçün yaradılmış şərait bu sahənin daha da kütləviləşməsinə və inkişafına imkan yaradır. Bunu idmanda qazanılmış parlaq nəticələr bir daha təsdiq edir.

Yarışın keçirilməsində məqsəd yaradılmış idman klubları arasında dosluq əlaqələrini möhkəmləndirmək, rayonlar arasında yoldaşlıq görüşlərinin keçirilməsi və voleybol idman növünün inkişafından ibarə olmuşdur.

Daha sonra yarışa start verilib. Gərgin və maraqlı keçən Sədərək rayon açıq birinciliyinin  yekun nəticəsinə görə I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin Voleybol idman klubu, II yerə Kəngərli rayon Çalxanqala kənd tam orta məktəbinin voleybol klubu və III yerə isə Naxçıvan Şəhər Qarnizonu tam orta məktəbin voleybol klubu layiq görülmüşlər.

Sonda qalib olmuş ümumtəhsil məktəblərinin klublarının  idmançıları təşkilatçıların diplom, fəxri fərman və medalları ilə mükafatlandırılmışlar.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930