SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Cırtdanın yeni sərgüzəşti” tamaşası Şahbuz rayonunda göstərilib

“Cırtdanın yeni sərgüzəşti” tamaşası Şahbuz rayonunda göstərilib
19-04-2019, 09:15

Aprelin 18-də Şahbuz Rayon Mədəniyyət Sarayında M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı rayonun uşaq və məktəbliləri üçün yazıçı Bayram İsgəndərlinin “Cırtdanın yeni sərgüzəşti” tamaşasını göstərib.

NAXCİVANXEBERLERİ.COM
-un məlumatına görə, tamaşanın nümayişindən əvvəl M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov çıxış edərək uşaqların və məktəblilərin sevimli teatrı haqqında onlara qısa məlumat verib. Bildirilib ki, teatr yarandığı dövrdən uşaq və məktəblilərin zövqünü oxşayan tamaşalar hazırlamış, onların estetik zövqünü formalaşdırmış, mənəvi-estetik prinsipləri əsas tutmuşdur. Teatrın son illərdə hazırladığı “Niyyət açarı”, “Göyçək Fatma”, “Ələddinin sehrli çırağı”, “Sirli sözlər”, “Tovuz quşunun nəğmələri”, “Tülkülərə inanmayaq”, “Qırmızı, yaşıl, mavi”, “Qırmızı papaq” və başqa tamaşalar uşaq və məktəblilər tərəfindən maraqla qarşılanmışdır.
Yazıçı-dramaturq Bayram İsgəndərlinin Azərbaycan xalq nağılı əsasında yazdığı “Cırtdanın yeni sərgüzəştləri” tamaşasının əsas qəhrəmanı yenə də uşaqların sevdiyi Cırtdandır. Cırtdan balaca olsa da öz ağlı və hazırcavablığı ilə Divə qalib gələrək öz dostlarını xilas edir. Tamaşada hadisələr Cırtdanın və onun dostlarının başına gələn sərgüzəştlər üzərində qurulmuşdur.
“Cırtdanın yeni sərgüzəşti” tamaşasında da uşaqlar üçün yazılmış bütün nağıl-tamaşalarda olduğu kimi xeyrin şər, yaxşılığın pislik, ədalətin haqsızlıq üzərində qələbəsi əsas ideyadır. Divin lovğalığı, özündənrazılığı onun Cırtdana məğlub olması ilə bitir. Nağıl tamaşa nikbin sonluqla başa çatır. Tamaşadakı şən musiqi və mahnı isə uşaqlarda xoş ovqat yaradır.

Bu maraqlı tamaşada Murad, Gürşad, Gürhan, Bərşad, Cırtdan, Div, Canavar personajlarını teatrın aktyorları Ləman Əhmədova, Əfqanə Ələsgərova, Ulduz Süleymanova, Süleyman Süleymanov, Vəsmə Quliyeva, Arzu Səfərov, İlqar Babayev və başqaları xarakterik və təbii canlandırırlar.

Tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.

“Cırtdanın yeni sərgüzəşti” tamaşası uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031