SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan abidələri rəngkarlıqda adlı baxış sərgisi keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan abidələri rəngkarlıqda adlı baxış sərgisi keçirilib
10-06-2021, 20:22

 10 iyun 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda təşkil olunmuş baxış sərgisində Təbiət və incəsənət fakültəsinin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə 18 nəfər II kurs tələbələrinin 20-dən çox rəngkarlıq əsəri nümayiş etdirilmişdir.

İnstitutun mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əsərlərdə əsasən Naxçıvan Muxtar Respublikası ərazisindəki tarixi-memarlıq abidələrinin təsvirləri əks olunmuşdur. Bu abidələrin bir neçəsi Parağa körpüsü, Sədərək hamamı, Şahbuz məscidi və s. ilk dəfədir ki, təqdim edilir. Qeyd edilmişdir ki, muxtar respublikamızda tarixi-memarlıq abidələri böyük diqqət və qayğı ilə əhatə olunmuşdur. Son 25 ildə 100-ə qədər tarixi-memarlıq abidəsi bərpa olunaraq onlara ikinci həyat verilmişdir. Nümayiş olunan əsərlərin bir neçəsində bərpa olunan abidələrin təsviri də öz əksini tapmışdır.  

Sərgiyə institututun rektoru Azad Novruzovun və professor-müəllim heyyətinin içştirakı ilə baxış olmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930