SON DƏQİQƏ

naxcivanxeberleri.com

Babək rayon komandası Azərbaycan çempionatına vəsiqə qazanıb

Babək rayon komandası Azərbaycan çempionatına vəsiqə qazanıb
19-04-2019, 09:35

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatı keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin Bədən tərbiyəsi və idman, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarında təhsil alan tələbələrin hazırlıq səviyyəsinin artırılması, onlara vətənpərvərlik ruhunun aşılanması məqsədilə yarışda iştirakları təmin edilib. Birincilikdə 8 komandada 5 çağırışçı gənc olmaqla, 40 nəfər iştirak edib. Yarış poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən 10 metr məsafəyə atış, 50 metr məsafəyə sərbəst üsulla üzmək, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə təşkil olunub. Gərgin mübarizə şəraitində keçən yarışda Babək rayon komandası birinci olub. Digər iki pillədə Kəngərli və Ordubad rayon komandaları qərarlaşıblar. Qaliblər və yarışda fərqlənən digər idmançılara təşkilatçılar tərəfindən diplom, kubok və fəxri fərmanlar verilib. Qeyd edək ki, 24-29 aprel tarixlərdə Göygöl rayonunda keçiriləcək Azərbaycan çempionatında muxtar respublikamızı Babək rayon komandası təmsil edəcək.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031