SON DƏQİQƏ

naxcivanxeberleri.com

Arazboyu ərazilərdə reyd – yoxlama keçirilib

Arazboyu ərazilərdə reyd – yoxlama keçirilib
19-04-2019, 10:00

Naxçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər nazirliyinin əməkdaşları tərəfindən Arazboyu ərazilərdə reyd-yoxlama keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və təbii sərvətlər nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, məqsəd bu ərazilərdə brokonerliyə qarşı mübarizə aparılması, ətraf mühitə olan təsirlərin öyrənilməsi və aradan qaldırılmasıdır. Xüsusilə su quşlarının məskunlaşdığı və miqrasiya dəhlizi olan Araz dəryaçasında müşahidələrin aparılması, suyun bioloji sərvətlərinin öyrənilməsi, təsərrüfat məqsədilə istifadə edilən torpaqlardan düzgün istifadəyə nəzarət edilməsi üçün mühafizə tədbirləri davamlı olaraq aparılır. Qeyd edək ki, 2005-ci ildə bu ərazilərdə, 9118 hektar sahədə Arazboyu Dövlət Təbiət Yasaqlığının yaradılması coğrafi məkanda ekoloji tarazlığın qorunması baxımından xüsusi əhəmiyyətli olmuşdur.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031