SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda gömrük orqanlarında kinoloji xidmətin keyfiyyəti artırılır-Foto

Naxçıvanda gömrük orqanlarında kinoloji xidmətin keyfiyyəti artırılır-Foto
19-04-2019, 09:00

Gömrük nəzarəti zamanı narkotik vasitələrin, odlu silahların, partlayıcı qurğuların və müxtəlif qaçaqmalçılıq predmentlərinin aşkar edilməsində kinoloji xidmətin fəaliyyətindən geniş istifadə olunur.
NAXCİVANXEBERLERİ.COM-un komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, bu məqsədlə muxtar respublika gömrük orqanlarında xidməti itlərin təlimi və xüsusi hazırlığının təşkili diqqətdə saxlanılır.
Qeyd edək ki, əvvəllər sərhəd keçid məntəqələrinin hər birində instruktor-kinoloqlar fəaliyyət göstərirdisə, indi Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin ayrıca Kinoloji şöbəsi və Kinoloji mərkəzi vardır. Xidməti itlərin təlimi, yetişdirilməsi, kinoloqların seçilməsi, öyrədilməsi, xidməti itlərə baytarlıq nəzarətinin təşkili Naxçıvan Şəhər Gömrük İdarəsinin ərazisindəki Kinoloji mərkəzdə aparılır.
Muxtar respublikamızda ilk dəfə olaraq bu mərkəzdə xidməti itlərdən baların alınması və yetişdirilməsi işi həyata keçirilir. Əgər əvvəllər gömrük orqanları üçün xaricdən xidməti itlərin alınmasına külli miqdarda vəsait sərf olunurdusa, indi buna ehtiyac yoxdur. Mərkəzdə nəyinki gömrük işi sahəsində, digər sahələrdə də xidməti itlərin yetişdirilməsi üçün hər cür imkan vardır.
Mərkəzdə 10 istiqamət üzrə - narkotika, partlayıcı maddə, silah-sursat, tütün məmulatları, valyuta, sağ qalmış və ya ölmüş insanın axtarışı üzrə xidməti itlər, həmçinin xüsusi əməliyyat, asayiş-patrul və iz-təqib itləri yetişdirilir. Burada müxtəlif təyinatlar üzrə dünyada özünü doğrultmuş Belçika malinuası da deyilən Belçika çoban iti və Spaniel kimi it cinsləri vardır. İnstroktor-kinoloqlar həftəlik iş qrafikinə uyğun bölünərək muxtar respublikanın sərhəd keçid məntəqələrində xidmət aparırlar.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən kinoloqların hazırlıq səviyyəsi və xidməti itlərin axtarış qabiliyyətinin artırılması kimi məsələlər diqqətdə saxlanılır, hər rübdə bir dəfə instruktor-kinoloqların təlimləri təşkil olunur. Cari ildəki ilk təlimdə gömrük orqanlaından 8, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasından 2 kinoloq olmaqla, ümilikdə 10 kinoloq öz xidməti iti ilə iştirak edib. Xidməti itlərin 4-ü narkotik vasitələrin, 2-si odlu silahların, 1-i tütün məmulatlarının, 1-i valyutanın axtarışı, 2-si isə silahlı şəxsin zərərsizləşdirilməsi və cinayətkarın tutulması üzrə yetişdirilmiş cins itlər olub. Təlimdə əvvəlcə xidməti itlərin “gözlə” komandası veriləndən sonra növbəti komandaya qədər olduqları yerdə qalmaları yoxlanılıb. Xidməti itlər sınaqdan uğurla çıxıb. İtaət hərəkətləri çərçivəsində xidməti itlər digər komandaları da dəqiq və qüsursuz yerinə yetiriblər. Kinoloji şöbənin balansında olan itlərdən alınmış və xidmətə yararlılığı müəyyənləşdirilmiş bala itlərin təliminin bəzi mərhələlərinin nümayişi də maraqla qarşılanıb.
Təlim çərçivəsində narkotik axtarışı üzrə yetişdirilmiş itlərin qapalı məkanlarda, eləcə də gömrük anbarlarında axtarış qabiliyyətləri yoxlanılıb. “Super burun” adlandırılan dedoktor itlər əvvəlcədən müxtəlif yerlərdə gizlədilmiş narkotik vasitəni, odlu silahı, siqaret və valyutanı qısa vaxta və məharətlə aşkarlayıblar. Məqsədinə çatmış xidməti itin reaksiyaya uyğun oturub səssiz qalması və kinoloqun əlini qaldırması axtarışın uğurla nəticələndiyinin göstəricisi olub.
Gömrük orqanlarının Kinoloji mərkəzində Daxili qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası üçün silahlı şəxsin və hadisə yerindən qaçan cinayətkarın zərərsizləşdirilməsi üzrə yetişdirilən Belçika qurdu irqindən olan xüsusi əməliyyat itlərinin də hazırlıq səviyyəsi təqdirəlayiq olub. Əsas məqsəd silahlı şəxsin zərərsizləşdirilməsindən ibarət olduğundan təlimlər üç istiqamət üzrə xüsusi ssenari əsasında təşkil olunub. Kinoloqlar xidməti itlərin köməyi ilə şərti qaydada müəyyənləşdirilmiş silahlı şəxsi qısa vaxt ərzində zərərsizləşdirməyə müvəffəq olublar. Qeyd edək ki, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının iki kinoloqu mart ayının əvvəllərindən təlimlərə cəlb olunub.
Yeri gəlmişkən, bu istiqamət üzrə xidməti itlər elə yetişdirilir ki, onlar silah-sursat və partlayış səslərindən, yanğından qorxmur, xüsusi əməliyyat şəraitinə adaptasiya olunurlar. Xüsusi əməliyyat iti bir anda silahlı şəxsin üstünə cumaraq onun qolundan yapışır və silahdan istifadəsini çətinləşdirir.
Təlimin yekunu olaraq kinoloqların hazırlıq səviyyəsi yüksək qiymətləndirilib, gömrük orqanlarında kinoloji işin keyfiyyətinin daha da artırılması, müxtəlif istiqamətlər üzrə yeni xidməti itlərin hazırlanması qərara alınıb. Naxçıvanda gömrük orqanlarında kinoloji xidmətin keyfiyyəti artırılır-FotoNaxçıvanda gömrük orqanlarında kinoloji xidmətin keyfiyyəti artırılır-Foto

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031