SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə görüş olub

Naxçıvan Dövlət Universitetində Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilə görüş olub
18-04-2019, 09:30

[justify]Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, nümayəndəliyin əməkdaşlıq bölməsinin rəhbəri Simona Qatti, proqram rəhbəri Ramilə Aslanova, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olub.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, qonaqlar universitetin ərazisində ağacəkmə mərasimində iştirak ediblər.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq onları universitetdə görməkdən məmnunluğunu bildirib. Ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verilib. Rektor dünyanın 50-dən çox ölkəsinin 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitetin qoşulduğu Erasmus+ proqramı çərçivəsində Avropa universitetləri ilə birgə qarşılıqlı əməkdaşlığından söhbət açıb.
Sonra Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa Birliyi haqda məlumat verib. Bildirilib ki, 28 dövləti birləşdirən dövlətlərüstü və eyni zamanda dövlətlərarası iqtisadi və siyasi təşkilat olan ittifaqın təməli 18 aprel 1951-ci ildə Paris müqaviləsinə əsasən Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən qoyulub. Qeyd edilib ki, mərkəzi qərargahı Brüssel şəhərində yerləşən AB özündə həm beynəlxalq təşkilat, həm də dövlət əlamətləri daşısa da, bəzi məsələlər birliyin ümumi institutları, bəziləri isə üzv dövlətlərin nümayəndələrinin razılaşması ilə qəbul edilir. Birliyin ölkəmizlə bir çox sahələrdə əməkdaşlığını diqqətə çəkən səfir təhsil sahəsində birgə layihələrin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Aİ-nin Erasmus+ proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır. Tələbələrlə qarşılıqlı diskussiya şəklində qurulan görüş yaddaqalan olub. Qonaq suallarını cavablandıran tələbələri hədiyyələrlə mükafatlandırıb.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi vəzifəsini icra edən Alessandro Frakassetti universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində tələbələr üçün “Dayanıqlı inkişaf məqsədləri” adlı mühazirə deyib. Qonaq bildirib ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunub. Tələbələr inkişaf Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etməsindən, eyni zamanda, sosial müdafiə, məşğulluq sahəsində birgə işlərin əhatə dairəsinin genişlənməsindən ətraflı söhbət açıb. O, ölkəmizdə sosial sahədə aparılan islahatların, həssas qruplarla bağlı aktiv məşğuluq tədbirlərinin təqdirəlayiq olduğunu və bu sahədə BMT İnkişaf Proqramının qarşıdakı dövrdə də əməkdaşlıq edəcəyini diqqətə çatdırıb.
Universitetin Magistratura üzrə dekanlığında təşkil edilən mühazirədə isə AMFA-nın layihə koordinatoru Sevinc Rüstəmova “Maliyə savadlığına dair master-klass” keçirib. Tələbələr maliyyə savadlılığı, büdcə planlaşdırılması, bank məhsulları, sahibkarlıq və sair mövzularla əlaqədar ümumi bilgilərlə tanış olublar. Qarşılıqlı müzakirə şəklində qurulan mühazirədə tələbələrin sualları cavablandırılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930