SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda rüb ərzində 1620 abunəçi internetlə təmin olunub

Naxçıvanda rüb ərzində 1620 abunəçi internetlə təmin olunub
16-04-2019, 16:20

Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-ci ilin I rübündə də uğurla davam etdirilib.
Rabite ve Yeni Texnologiyalar Nazirliyinin metbuat xidmetindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlunata görə, Ordubad rayonunun Dəstə kənd mərkəzinin açılışı olmuş, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilib. Rabitə evində quraşdırılan yeni nəsil 704 nömrəlik Avtomat Telefon Stansiyası Dəstə kəndində 518 abonentə və 370 internet istifadəçisinə xidmət edir. Həmçinin Şərur rayonunun Kərimbəyli kənd mərkəzinin açılışı olmuş, kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilmişdir. Rabitə evində quraşdırılan yeni nəsil 384 nömrəlik Avtomat Telefon Stansiyası Kərimbəyli kəndində 241 abonentə və 106 internet istifadəçisinə xidmət edir.
Ordubad rayonunun Dəstə və Şərur rayonunun Kərimbəyli kəndlərində poçt bölməsi yeni binaya köçürülmüş, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulmuş və digər lazımi avadanlıqlarla təmin olunmuşdur. Nömrə tutumlarının artırılması nəticəsində rüb ərzində 510 yeni telefon nömrəsi istismara verilmişdir.
Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin artıq 4 mərhələsi başa çatdırılıb. Ötən ilin noyabr ayında Culfa rayon ərazisində yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə müqavilə imzalanmış və avadanlıqlar muxtar respublikaya gətirilmişdir. Hazırda avadanlıqların montoj quraşdırma işləri davam etdirilir. 2019-cü ilin üçüncü rübünədək layihənin başa çatdırılması nəzərdə tutulur.
Hesabat dövründə pensiya alanların sayı 398 nəfər olmaqla 81200 manat məbləğində pensiya paylanmışdır. Pensiya ödənişlərinin avtomatlaşdırılması məqsədilə Naxçıvanpoçt MMC-nin mütəxəssisləri tərəfindən elektron bazalı proqram təminatın hazırlanması başa çatdırılmış və fevral ayının 1-dən istifadəyə verilmişdir. Həmçinin “Naxçıvanpoçt” MMC-nin şəhər, rayon və kənd bölmələrində məftilli internet abunəçiləri üçün balans artırma və tullantı vəsaitlərinin qəbulu üçün proqram təminatı hazırlanıb işə salınmış, bələdiyyə xidmət rüsumlarının toplanması da avtomatlaşdırılmış, müvafiq poqram təminatı hazırlanmışdır.
Rüb ərzində muxtar respublika ərazisində, ümumilikdə, 19651 metr fiber-optik kabel xətti çəkilmiş, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 1620 yeni abunəçi internetlə təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilmişdir.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031