SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir!

Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir!
15-04-2019, 18:14

Azərbaycan dünyada sabitlik adası və dinamik sosial-iqtisadi inkişafa malik ölkə kimi tanınır. Ölkəmizin müsbət beynəlxalq imicinin formalaşması və nüfuzunun davamlı olaraq artması, heç şübhəsiz, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin real nəticəsidir. Dünyanın nüfuzlu beynəlxalq ekspertləri də Azərbaycanın nümunəvi sosial-iqtisadi inkişaf modeli yaratmasını təqdirəlayiq hal kimi dəyərləndirirlər, qazanılan uğurların ölkə qarşısında yeni perspektivlər açdığını diqqətə çatdırırlar. Bu reallıqlar reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın hazırda dünya miqyasında 25-ci yerdə qərarlaşması belə nümunələrdən biridir.
Sosioloji tədqiqat mərkəzlərinin apardıqları rəy sorğuları da Azərbaycanın müsbət reallıqlarını, eləcə də xalqın dövlət başçısına olan mütləq inam və etimadını əks etdirir. Fransanın “OpinionWay” şirkətinin bu ilin mart ayında ölkəmizdə keçirdiyi rəy sorğusunun nəticələri bu baxımdan xüsusi qeyd edilməlidir. Rəy soğrusu ölkə əhalisinin Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə real münasibətini ortaya qoyur.
Rəy sorğusunda əksini tapan sadəcə bir neçə nüansa nəzər saldıqda Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunu tam dəstəklədiyini aydın müşahidə etmək olur. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz?” sualına respondentlərin 85,1%-i bütövlükdə müsbət cavab verib. Digər tərəfdən, “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyət və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5%-i bütövlükdə müsbət cavab verib. Bununla yanaşı, Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “OpinionWay”in sualına respondentlərin bütövlükdə 75,6%-i müsbət cavab verib. Bəhs olunan sorğu zamanı Prezident İlham Əliyevin kadr islahatları ilə bağlı sualları cavablandıran respondentlərin 78,8%-i həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib. Eyni zamanda, “OpinionWay”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində, sizcə, regionlar inkişaf edibmi?” sualına respondentlərin 93,1%-i “hə” cavabı verib. Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edir. Sorğuda iştirak edənlərin 89,9%-i bu sualı müsbət cavablandırıb, onların 73,9%-i “əla” cavabını verib.
Göründüyü kimi, rəy sorğusu Prezident İlham Əliyevin yenə də Öz seçicilərinin yüksək etimadına malik olduğunu təsdiq edir. Bu, təsadüfi xarakter daşımır. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşlarının mənafeyi və rifahı dayanır, bu siyasət milli maraqlara əsaslanır, respublikamızın gücünün, nüfuzunun daha da artmasına xidmət edir.

Mehman Şabanov
Tarix üzrə fəlsəfə doktoru

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930