SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bələdiyyə sahəsində maarifləndirmə tədbirlərinə Ordubad rayonundan başlanılıb

Bələdiyyə sahəsində maarifləndirmə tədbirlərinə Ordubad rayonundan başlanılıb
15-04-2019, 17:55

Bələdiyyələrə metodiki köməklik göstərilməsi nazirliyin əsas vəzifələrindən olmaqla, bu sahəyə xüsusi diqqət yetirilir. Qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, bu sahəni tənzimləyən normativ aktların izahı eləcə də çap olunmuş metodiki vəsaitlər bələdiyyə sədrlərinin diqqətinə çatdırılır. Bu tədbirlər davamlı olaraq hər il muxtar respublikanın bütün rayonlarında təşkil edilir. Bu ildə yerli özünüidarə orqanlarının maarifləndirmə tədbirlərinə ilk olaraq Ordubad rayonundan başlanılmışdır. Ordubad rayonunun Sabirkənd kənd mərkəzində “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu” mövzusunda Ordubad Rayon İcra Hakimiyyəti ilə birgə seminar təşkil edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini icra edən, kiçik ədliyyə müşaviri Cəfər Zülfüqarov “Yerli özünüidarə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsi və bələdiyyələrin qarşılıqlı münasibətləri” mövzusunda çıxış edərək bildirdi ki, yerli özünüidarəetmə orqanları demokratik cəmiyyətin əsaslarından birini təşkil edir. Ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi, idarəetmə sisteminin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Yerli özünüidarəni həyata keçirən bələdiyyələrin inkişafı məsələləri də diqqət mərkəzində saxlanılaraq yerli özünüidarənin təkmilləşdirməsi üçün bir sıra qanunlara dəyişiklik edilmiş, bələdiyyələrin işinin müasir dövrün tələblərinə uyğun qurulması üçün tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən tədbirlər bələdiyyələrin imkanlarını genişləndirmiş, səlahiyyətlərini artırmışdır.
“Ailə kəndli təsərrüfatı haqqında”Azərbaycan Respublikasının Qanunu ilə ailə təsərrüfatlarının fəaliyyətinin hüquqi və təşkilati əsasları müəyyən edilmişdir. Əhalisinin əksəriyyətinin kəndlərdə məskunlaşdığı muxtar respublikamızda da ailə təsərrüfatlarının inkişafı daim diqqət mərkəzində saxlanılır, onlara dövlət tərəfindən güzəştli kreditlər verilir. Nəticədə görülən bütün tədbirlər ailələrin rifah halının yüksəldilməsinə, özünüməşğulluğa və ailə büdcəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.
Ordubad rayonu Bist bələdiyyəsinin sədri Yaşar Həbibov “Ailə təsərrüfatlarının inkişafında bələdiyyələrin rolu mövzusunda çıxış edərək qeyd etdi ki, 2019-cu ilin muxtar respublikamızda “Ailə təsərrüfatı ili” elan olunması belə təsərrüfatlara böyük önəm verilməsinin göstəricisidir və iqtisadiyyatımıza öz müsbət töhfələrini verəcəkdir. Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması üçün geniş imkan olduğunu və dövlət qayğısı göstərildiyini qeyd etdi. Yaratdığı ailə təsərrüfatının imkanlarından, əldə etdiyi uğurlardan söz açan bələdiyyə sədri bu sahənin gəlirli olduğunu xüsusilə vurğuladı.
Bələdiyyələrlə iş mərkəzinin baş məsləhətçisi, I dərəcəli ədliyyə müşaviri Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətinin idarə olunması ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda çıxış etdi. Bildirdi ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli özünüidarənin iqtisadi əsaslarını bələdiyyə mülkiyyəti, yerli büdcənin vəsaiti və digər əmlak növləri təşkil edir. Bələdiyyələr öz əmlakına dair mülkiyyətçi hüququna malikdir. Bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, digər daşınar və daşınmaz əmlak daxildir.
“Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin xüsusiyyətləri”mövzusunda Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi, ədliyyə müşaviri Ayaz Məhərrəmov bələdiyyə torpaqlarının icarəyə verilməsinin xususiyyətləri barədə məlumat verdi. Vurğuladı ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. Bələdiyyə torpaqları fiziki və hüquqi şəxslərə verilə bilər. Ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə veriməsinə yol verilmir.
Seminarın sonunda verilən suallar ətraflı cavablandırılıb, tədbir iştirakçılarına “Sahibkarlığın inkişafında bələdiyyələrin iştirakı ilə bağlı qanunvericiliyə dair” sənədlər toplusu və “Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı” na dair metodik vəsait təqdim olunub.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930