SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib

Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib
15-04-2019, 17:36

Müasir dövrdə sosial-iqtisadi inkişafın əsas göstəricilərindən biri də sənayenin və kənd təsərrüfatının inkişafıdır. Muxtar respublikamızda sənayenin şəhərlərlə yanaşı, bölgələrdə qurulması yeni iş yerlərinin yaradılmasına da öz töhfəsini verir. Bu baxımdan Kəngərli rayonunda həyata keçirilən tədbirlər və əldə edilən nailiyyətlər daha çox diqqəti cəlb edir. Kəngərli rayonunda əhalinin məşğulluğunun təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, aprel ayının 15-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə növbəti əmək yarmarkası Kəngərli rayonunda keçirilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə çıxış edənlər bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir. Bildirilib ki, dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sa¬hibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər. Çıxışlardan sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 17 müəssisədən 139 boş iş yerinin çıxarıldığı tədbirdə, 36 nəfərə işə göndəriş verilib. Yarmarkada iştirak edən sakinlər bildirdilər ki, əmək yarmarkalarının keçirilməsi işaxtaran insanlar üçün böyük imkanlar yaradır. Onlar yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıqlarını bildiriblər.


Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib
Kəngərli rayonunda növbəti əmək yarmarkası keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930