SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalının yeni variantı istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalının yeni variantı istifadəyə verilmişdir
15-04-2019, 16:20

Muxtar respublikada bütün sahələrlə yanaşı dövlət qulluğu sahəsi də öz intibah dövrünü yaşayır. Müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması, dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət quluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması muxtar respublika rəhbərliyinin dövlət qulluğu sahəsinə göstədiyi diqqət və qayğının göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, fəaliyyətə başladıqdan qısa müddət sonra Komissiya üçün yeni inzibati binanın tikilməsi, test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin yaradılması Komissiyanın fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasına və informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə edilməsinə şərait yaratmışdır. 2014-cü ildə Komissiyanın rəsmi internet saytı istifadəyə verilmiş, Komissiya tərəfindən həyata keçirilən tədbirlər, imtahanlar və digər məsələlərlə bağlı məlumatlar burada öz əksini tapmışdır. Komissiyanın test imtahanı proqramının, habelə Dövlət Qulluqçularının Reyestrinin aparılması üçün proqram təminatının hazırlanaraq istifadəyə verilməsi şəffaflığı təmin etmiş, dövlət orqanlarının mövcud kadr potensialından səmərəli istifadə edilməsini, habelə dövlət qulluğuna kadrların seçilməsi işinin daha sürətli və keyfiyyətli həyata keçirilməsini təmin etmişdir.
2018-ci ildə Komissiyanın internet saytı portala çevrilmiş və yeni proqram təminatı istifadəyə verilmişdir. Yeni proqram təminatının yaradılması elektron xidmətlərin həyata keçirilməsinə, elektron sənəd qəbulu işinin sürətlənməsinə və şəffaflığın tam təmin olunmasına gətirib çıxarmışdır. Belə ki, yeni proqram təminatının yaradılması vətəndaşların dövlət qulluğuna qəbul ilə əlaqədar müraciət etmək imkanlarının sadələşdirilməsinə və asanlaşdırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etməsi üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsi ilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına, məmur-vətəndaş təmasının aradan qaldırılmasına, şəffaflığın tam təmin edilməsinə şərait yaratmışdır.
2019-cu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalının (www.dqmk.nmr.az) yeni variantı istifadəyə verilmişdir. Komissiyanın yeni internet portalı istifadəçi yönümlü olmaqla məlumatların əldə edilməsini daha da asanlaşdırmışdır.
Portalın başlıq hissəsində Komissiya haqqında məlumatlar və dövlət qulluğu sahəsini tənzimləyən qanunvericilik, “mətbuat xidməti” bölməsində xəbərlər, elanlar, məqalələr, hesabatlar və statistik məlumatlar, “Komissiya ilə əlaqə” bölməsində isə elektron müraciət, qəbul günlərinin qrafiki, Komissiya sədrinə birbaşa müraciət imkanı və digər əlaqə vasitələri öz əksini tapmışdır.
“Əsas bölmələr”də Komissiyanın fəaliyyət istiqamətləri ilə bağlı əsas məsələlər - müsabiqə elanları, dövlət qulluğuna qəbul, test imtahanı və müsahibə proqramları, təqdimatlar, etik davranış qaydaları, apellyasiya və ehtiyat kadrlara dair məlumatlar, “Faydalı keçidlər” bölməsində isə test imtahanının və müsahibənin keçirilməsi qaydaları, vakant vəzifənin tutulma şərtləri, müəllimlərin işə qəbulu və qiymətləndirilməsi qaydaları və digər alt bölmələr yerləşdirilmişdir.
“Aktual keçidlər” bölməsində muxtar respublikanın dövlət orqanlarının portal və saytları, qanunvericilik aktlarının əldə edilməsi üçün keçidlərə, “Namizədlərin nəzərinə” bölməsində imtahan qrafikləri, nəticələri və müsabiqə elanlarına yer verilmişdir.
Portalın aşağı hissəsində son illərdə Naxçıvan Muxtar Respublikasının inkişafını və aparılan quruculuq işlərini özündə əks etdirən fotoslayd, eləcə də muxtar respublikanın turizm potensialını təbliğ etmək məqsədilə tarixi abidələr, mehmanxanalar, muzeylər, restoran və kafelər barədə keçidlər öz əksini tapmışdır.
Portal Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı şöbəsi tərəfindən işlənib hazırlanmışdır.

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930