SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağında növbəti elmi-praktik konfrans keçirilib

Ali təhsil ocağında növbəti elmi-praktik konfrans keçirilib
15-04-2019, 15:54

Naxçıvan Dövlət Universitetində “Baba Nemətullah Naxçıvani: mühiti və dünyagörüşü” mövzusunda elmi-praktik konfrans keçirilib.

NDU-nun Televiziya , mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında 2018-ci il 29 oktyabr tarixli sərəncamını diqqətə çatdırıb.
Fəlsəfə və sosial iş kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhmədov “Baba Nemətullah Naxçıvaninin mühiti və müasirləri” mövzusunda çıxış edərək alimin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olduğunu qeyd edib. Nəzərə çatdırılıb ki, Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil edib.
“Baba Nemətullah Naxçıvaninin fəlsəfi dünyagörüşü” mövzusunda çıxış edən “Fəlsəfə və sosial iş” kafedrasının baş müəllimi Bağır Babayev bildirib ki, zahiri və batini elmlərdə çox yüksək biliyə malik alim mənəvi elmlərdəki dərin biliyi ilə təsəvvüfdə ilahi sirlər dənizinə vaqif olanlardandır. Qeyd olunub ki, Nemətullah Naxçıvani “Qurani-Kərim” i bütövlükdə ilk təfsir edən alimdir.


Ali təhsil ocağında növbəti elmi-praktik konfrans keçirilib
Ali təhsil ocağında növbəti elmi-praktik konfrans keçirilib
Ali təhsil ocağında növbəti elmi-praktik konfrans keçirilib
Ali təhsil ocağında növbəti elmi-praktik konfrans keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930