SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib

Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib
18-05-2021, 14:29

Cari ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib.

Nazirlikdən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti yaradılıb.

Bununla da vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı əldə edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31