SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda aqrar sahə uğurla inkişaf edir

Naxçıvanda aqrar sahə uğurla inkişaf edir
15-04-2019, 09:44

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ilin ilk üç ayında fəaliyyətini illik iş planının və Dövlət Proqramlarının icrası istiqamətində qurub. Belə ki, “Ailə təsərrüfatlarının inkişafı üzrə” təsdiq edilmiş tədbirlər planında qarşıya qoyulmuş vəzifələrin icrası diqqətdə saxlanılıb, payızlıq taxıl əkinlərinə yemləmə gübrəsinin verilməsinin əhəmiyyəti mövzusunda tədbirlər keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ötən dövrdə torpaq mülkiyyətçilərinin müraciəti əsasında meyvə bağlarında quru budama, zərərverici və xəstəliklərə qarşı mübarizə, 6 hektar yeni salınmış üzümlük, 0,4 hektar meyvə-tərəvəz parniki, 3,9 hektar istixana təsərrüfatı sahələrində kompleks becərmə tədbirlərinin aparılmasına dair hüquqi və fiziki şəxslərə məsləhətlər verilib, tarla-seminar müşavirələri keçirilib.

“Araz” Elm İstehsalat Birliyi tərəfindən torpaq tədqiqatı işləri davam etdirilib. Belə ki, Şərur, Babək, Kəngərli rayonlarının kəndlərindən torpaq nümunələri götürülüb, torpağın qida maddələri ilə təmin olunma kartoqramları hazırlanaraq kənd bələdiyyələrinə təqdim olunub, torpaqdan istifadə qaydaları haqqında məlumat verilib. Tərtib olunmuş Əkin Atlaslarından səmərəli istifadə etməklə növbəli əkinlərin tətbiq olunmasının əhəmiyyəti, məhsuldar toxum sortlarından istifadə etməklə yüksək məhsuldarlığa nail olunması yolları mövzularında torpaq mülkiyyətçiləri ilə maarifləndirici söhbətlər aparılıb. Həmçinin müasir texnologiyaların imkanlarından səmərəli istifadə olunması və əkin zamanı çətinliklərin yaranmaması üçün texnika sahiblərinə məsləhətlər verilib.

İri arıçılıq təsərrüfatlarının sahibkarları ilə “Arı ailələrinin köçürülməsinin əhəmiyyəti” və “Yaz mövsümündə arılara qulluq” mövzularında müşavirələr keçirilib. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində suni mayalandırma işlərinin aparılmasının əhəmiyyəti, zoobaytar qaydalarına uyğun yemləndirilməsi, döl kompaniyasının mütəşəkkil keçirilməsi ilə bağlı maarifləndirmə işləri davam etdirilib.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930