SON DƏQİQƏ

naxcivanxeberleri.com

İlk DOST könüllüləri Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar

İlk DOST könüllüləri Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar
13-04-2019, 17:09

DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” Mərkəzlərində ASAN Könüllülük Məktəbinin “Master 2” pilləsi çərçivəsində könüllülük fəaliyətinin təşkili prossesi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən NAXCİVANXEBERLERİ.COM verilən məlumata görə, təcrübə keçmək üçün seçilmiş 20 könüllüyə mütəxəssislər tərəfindən DOST Agentliyinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Onlar, həmçinin könüllülük fəaliyyəti, “DOST” Mərkəzlərində göstərilən xidmətlər, eləcə də istifadə olunacaq təhlil və monitorinq alətləri ilə yaxından tanış olublar.

Təlimdən sonra DOST Könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar. Üçnövbəli iş rejimində fəaliyyət göstərəcəkləri 2 ay boyunca könüllülər üçün həvəsləndirici tədbir və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, könüllülük fəaliyyətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Xidmət arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən həyata keçirilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Temmuz 2019    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031