SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər Tarix Muzeyində maarifləndirici tədbir keçirilib

Naxçıvan şəhər Tarix Muzeyində maarifləndirici tədbir keçirilib
8-05-2021, 21:02

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçlılığı ilə Naxçıvan şəhər Tarix Muzeyində işçi heyətin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Mədəniyyət müəssisələrində mülki müdafiə işinin təşkilinə diqqət artırılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi kollektivə mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova bu cür maarifləndirici söbətlərin vacibliyini vurğulamış və tədbirin əhəmiyyəti barədə iştirakçılara məlumat vermişdir. Həmçinin, məruzəçi mədəniyyət müəssisələrində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə keçirilən dərslərin əhəmiyyətindən, işçilərin fövqəladə hallara hazırlanması üzrə tədbirlərin təşkili və keçirilməsi, təbii fəlakətlər zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova radiasiya təhlükəsi zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930