SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ulu öndər Heydər Əliyevin anadan olmasının98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Ulu öndər Heydər Əliyevin anadan olmasının98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
8-05-2021, 19:56

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Aparatında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Fövqəlаdə Hаllаr Nаzirliyininmətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazir müavini Hikmət Kərimov qeyd edib ki, xalqımızın iftixarı, hələ sağlığında ikən bütün dünya azərbaycanlılarının ümummilli liderinə çevrilmiş dahi şəxsiyyətin ideyaları və əməlləri qəlbimizdə yaşayır və daim yaşayacaqdır. Müstəqil Azərbaycanın qurucusu olan ulu öndərin xalqımız və ölkəmiz üçün gördüyü işlər əsrlər keçsə də, tarixi dəyərini itirməyəcək. Onun siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, bəşəriyyətin zəngin xəzinəsinə çevrilib. 

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Aparatının Yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi daxili xidmət mayoru Hasil Məmmədov “Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində apardığı uğurlu siyasət” mövzusunda çıxış edərək vurğulayıb ki, 1993-cü ilin iyun ayında görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra ölkədə siyasi sabitlik və əmin-amanlıq yarandı, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi“ adlı ilk neft kontraktları imzalandı, 1995-ci il noyabr ayının 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi, ölkəmizdə tarixi islahatlar aparılmağa başlandı. Torpaq və aqrar islahatlar haqqında, özəlləşdirmə, sahibkarlığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən qurulması, ticarətin liberallaşdırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün mühüm qanunvericilik aktları qəbul edildi. Gənc, müstəqil Azərbaycanın beynəlxalq nüfuzu artmağa başladı.

“Heydər Əliyev liderliyinin qalibiyyət və zəfər rəmzi” mövzsunda çıxış edən baş leytenant Elçən Bayraməliyev qeyd edibki, məhz Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli adımlarla irəliləyən “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.

 “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” mövzusunda çıxış edən dövlət qulluqçusu Əbülfəz Qafarov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğsı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: “Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx təqdim olunub.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930