SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Bölməsinin biblioqrafik göstərici nəşr olunub

Naxçıvan Bölməsinin biblioqrafik göstərici nəşr olunub
8-05-2021, 19:05


Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi əməkdaşlarının elmi əsərlərinin 2020-ci il üçün biblioqrafik göstəricisi nəşr olunub. AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, kitab AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 18 mart 2021-ci il tarixli qərarı ilə çap olunub. Nəşrin layihə rəhbəri və baş redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, tərtibçisi isə Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərovadır.

“Biblioqrafik icmal 2020-ci ilin nəticələrini əks etdirir” adlı yazıda Bölmənin elmi göstəriciləri haqqında yığcam məlumat verilmiş, qrafik təsvir vasitəsilə ötən 4 ilin uğurları müqayisə olunmuşdur.

Kitab iki hissədən ibarətdir. Birinci hissədə bölmənin elmi əməkdaşlarının 2020-ci il ərzində nəşr edilmiş kitab, monoqrafiya, metodik vəsait, xəritə, buklet, məqalə, tezis və bədii yaradıcılıq nümunələri, həmçinin dövri mətbuatda, internet saytlarında dərc edilən müsahibələri, müxtəlif mövzulu yazıları qeyd edilib. Biblioqrafik göstəriciyə ümumilikdə 1664 mənbə daxil edilib. Nəşrin “Köməkçi göstəricilər” başlıqlı ikinci hissəsində müəlliflərin, kitab, monoqrafiya, metodik vəsait və xəritələrin, jurnal, kitab, eləcə də toplularda dərc olunmuş məqalələrin, xarici dillərdə nəşr olunmuş əsərlərin əlifba göstəriciləri ayrı-ayrılıqda verilib. AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında işıq üzü görən biblioqrafiya 285 səhifədən ibarətdir.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930