SON DƏQİQƏ

naxcivanxeberleri.com

STEAM Tədris Mərkəzində tələbələrə növbəti seminar keçirilib-FOTO

STEAM Tədris Mərkəzində tələbələrə növbəti seminar keçirilib-FOTO
8-05-2021, 18:36

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel      2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisasları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmişdir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Təhsil Nazirliyi hamiliyə verilmiş ixtisaslarla bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirir. “Sabahın müəllimi” layihəsi də bu istiqamətdə görülən işlərin davamıdır. Layihə çərçivəsində tələbələrə qazandıqları nəzəri biliklərini praktik yolla daha da təkmilləşdirmələri üçün şərait yaradılır, təhsildəki yeniliklər haqqında məlumatlar verilir, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələri, məktbədənkənar tərbiyə müəssisələrinə ekskursiyaları təşkil olunur. 2020-2021-ci tədris ilindən muxtar respublika ümumtəhsil məktəblərində STEAM təlim metodu tətbiq edildiyindən pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin bu təlim metodunu mənimsəməsi və gələcəkdə tətbiqini zəruri edir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin pedaqoji profilli ixtisaslarında təhsil alan 30 tələbəyə STEAM Tədris Mərkəzində növbət seminar keçirilib.

Mayın 8-də keçirilən seminarda tələbələrə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi, Robotexnika, Proqramlaşdırma, arduino texnologiyaları və s. bu kimi istiqamətlərdə nəzəri və praktik məlumatlar verilib, tədris prosesində STEAM metodikası vasitəsilə fənlərarası əlaqə, layihə əsaslı öyrənmə və 3D çap modulundan istifadə etmənin tətbiqi öyrədilib.

Təşkil edilən bu cür seminarlar pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrdə STEAM düşüncəsi və metodikası, 21-ci əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə kimi istiqamətlərdə praktik bilik və bacarıqların formalaşdırılmasına öz töhfəsini verir. Bu cür layihələrin təşkili gələcəkdə muxtar respublika məktəblərində dərslərin STEAM əsaslı qurulmasında sabahın müəllimlərinin STEAM təliminə yiyələnməsi üçün mühüm rol oynayır.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930