SON DƏQİQƏ

naxcivanxeberleri.com

Nazir: "X-XI sinif şagirdləri dərslərini hələ də distant formada davam etdirəcəklər"

Nazir: "X-XI sinif şagirdləri dərslərini hələ də distant formada davam etdirəcəklər"
8-05-2021, 16:29

“Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmağın tərəfdarı olub: “Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.

E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq: “Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930