SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qarşıdakı aylarda toylarla bağlı müəyyən standartlar formalaşacaq - Rəşad Mahmudov

Qarşıdakı aylarda toylarla bağlı müəyyən standartlar formalaşacaq - Rəşad Mahmudov
7-05-2021, 11:39

Qarşıdakı aylarda toylarla bağlı müəyyən qaydalar çərçivəsində yeni standartlar yaranacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

Lakin millət vəkili bildirir ki, məhdudiyyətlərin tam aradan qalxması üçün əhalinin yarıdan çoxu vaksinasiya olunmalıdır:

"Bu gün bildiyiniz kimi, 1,5 milyon vaksin vurulub, bu da təqribən əhalinin 7-8 faizi deməkdir. Əhalinin tam rahat şəkildə rahat nəfəs alması üçün isə, bundan əvvəl deyildiyi kimi cəmiyyətin 60-70 faizi vaksinasiya olunmalıdır.

Bu qədər insanın vaksinasiya prosesindən keçmədiyi müddətcə, qadağaların aradan qaldırılması xəyalını reallığa çevirə bilməyəcəyik. Düşünürəm ki, qarşıdakı aylarda rəqəmlər aşağı düşdükcə mədəni və sosial həyatımızda toy və digər mərasimlərin keçirilməsi üçün bəlli qaydalar çərçivəsində standartlar formalaşacaq. Amma bu o demək deyil ki, pandemiya bitmiş vəziyyətdədir".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930