SON DƏQİQƏ

naxcivanxeberleri.com

Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub

Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub
7-05-2021, 11:21

İşğaldan azad edilən Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin edilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

O bildirib ki, Hadrut qəsəbəsi işğaldan azad olunanda həmin ərazidə içməli su problemi olub: "Həmin vaxt hərbçilərimizin su təchizatına müəyyən problemlər yaranmışdı. Lakin ötən ilin 10 noyabr tarixində imzalanan 3 tərəfli sazişdən sonra “Azərsu” ASC-nin mütəxəssisləri ərazidəki vəziyyəti qiymətləndirmək üçün Hadruta ezam olundu. Hadrut qəsəbəsinin suyu əsasən bulaqlar vasitəsilə təmin edilirdi. Bulaqlardan su gəlmədiyi üçün təhlükəsizlik məqsədilə ilkin olaraq generatorlar vasitəsilə artezian quyuları işə salındı. Bununla da Hadrutda olan şəxsi heyətin su təhcizatı təmin edildi. Daha sonra Müdafiə Nazirliyinin xüsusi nümayəndələri ilə birlikdə mənbəyə baxış keçirdik, orada təmizləmə işləri aparıldı.

Anbarlar əlaqələndirildi, su nümunələri götürülüb yoxlanıldı. Bundan sonra Hadrut qəsəbəsinin fasiləsiz su təhcizatı təmin edildi. Artıq orada olan hərbi hospital və mülki binalar "Azərsu" ASC tərəfindən 24 saat fasiləsiz su ilə təmin olunur".

A.Cəbrayıllı qeyd edib ki, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda mövcud şəbəkələrin istismarı ilə bağlı fasiləsiz xidmət təşkil olunub:

"Ötən müddətdə Hadrutda su ilə bağlı 30-dan çox qəza aradan qaldırılıb. Yeni məskunlaşma olan və hərbçilərin yaşadığı binalarda təftiş aparılıb. Qış aylarında donmaların olmaması üçün tədbirlər görülüb".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930