SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaşa görə əmək pensiyası hüququ hansı hallarda yaranır?

Yaşa görə əmək pensiyası hüququ hansı hallarda yaranır?
7-05-2021, 10:20

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

Qanunun tələbinə əsasən qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır. Yəni, hazırda 62 yaşına çatmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunmuş tələblərinə cavab verən qadınların yaşa görə əmək pensiyası hüququ yaranırsa, 1 iyul 2021 – 30 iyun 2022 tarixlərində 62 il 6 ay yaşına çatmış və Qanunun qeyd olunmuş tələblərinə cavab verən qadınların yaşa görə əmək pensiyası hüququ yaranacaq və 2027-ci il iyulun 1-dək hər növbəti ildə qadınların yaş həddi altı ay artırılacaq.       

 

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

    

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930