SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin əməkdaşı “Təhsil İdarəçiləri Assosiasiyası”nın idarə heyətində yer alıb

Naxçıvan Dövlət Universitetinin əməkdaşı “Təhsil İdarəçiləri Assosiasiyası”nın idarə heyətində yer alıb
6-05-2021, 21:55

Naxçıvan Dövlət Universiteti Elm və innovasiyalar bölməsinin müdiri, Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı üzrə fəlsəfə doktoru Rza Məmmədov  “Təhsil İdarəçiləri Assosiasiyası”nın idarə heyətində yer alıb.

Qeyd edək ki, TİA ölkəmizdə təhsilin inkişafına töhfə verməyi özünə hədəf qoyan, gəlir məqsədi olmayan bir təşkilatdır.  Yarandığı gündən 2020 –ci ilin mart ayından etibarən təlimlər, seminarlar, vebinarlar keçirən TİA 50-dən çox tədbirlərə imza atıb. 

 Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təşkilat Azərbaycan Respublikası Təhsil İnstitutu, T-Network təhsil işçilərinin kommunikasiya və təcrübə platforması ilə birgə Azərbaycan təhsil tarixində ilk dəfə “Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı”nı təşkil edib. Dünyanın müxtəlif ölkələrindən təhsilin idarə olunması üzrə alimlər, doktorantlar, tədqiqatçıların iştirak etdiyi Beynəlxalq təhsil idarəçiləri konfransında universitetimizin əməkdaşı Rza Məmmədov da iştirak edib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930