SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur rayonunda seminar keçirilib

Şərur rayonunda seminar keçirilib
6-05-2021, 17:53

Mayın 6-da Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Dövlət Vergi Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyələrə ödənilən vergilərlə bağlı qanunvericiliyin tələbləri və məsuliyyət” mövzusunda bələdiyyə sədrləri və bələdiyyə qulluqçularının iştirakı ilə Şərur rayonunda seminar keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, seminarı giriş sözü ilə Şərur Rayon İcra hakimiyyəti aparatının inzibati ərazi idarəetmə və yerli idarəetmə şöbəsinin müdiri Sahib Qurbanov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib.

“Yerli vergilər və ödənişlərlə bağlı qanunvericiliyin tələbləri və bu sahədə bələdiyyələrin vəzifələri” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov bildirib ki, ölkəmizdə yerli vergilərin və ödənişlərin ödənilməsi ilə bağlı məsələlərin tənzimlənməsi sahəsində zəruri hüquqi baza yaradılmış, bu sahədə islahatlar aparılmışdır. Qeyd olunub ki, bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməklə vergi qanunvericiliyi ilə müəyyən edilən vəzifələri də yerinə yetirməlidirlər.

Dövlət Vergi Xidmətinin Vergi Ödəyiyicilərinə Xidmət Şöbəsinin rəisi, I dərəcəli vergi müfəttişi Elçin Babayev “Bələdiyyələrə ödənilən  vergi və ödənişlərin ödənilməsi qaydaları və məsuliyyət” haqqında məlumat verərək bildirmişdir ki, yerli vergi və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında yerli büdcəyə ödənilməsinə nəzarət tədbirləri qanunvericiliklə tənzimlənir. Vurğulanıb ki, yerli vergi və ödənişlərin ödəyiciləri vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyırlar.

Ədliyyə Naziliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Yerli özünüidarənin maliyyə əsaslarını tənzimləyən qanunvericilikdən irəli gələn vəzifələr” mövzusunda çıxış edərək bələdiyyələrin maliyələşməsinin formalaşması və istifadəsinin prinsipləri,  yerli büdcə prosesinin əsasları və bu sahədə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri haqqında qanunvericiliyin tələblərini diqqətə çatdırıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilmiş və onlara Ədliyyə Nazirliyi tərəfindən hazırlanan “Əmlak və torpaq vergisinin hesablanması və ödənilməsinə dair” metodiki vəsait təqdim edilmişdir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930