SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş tələbələrinin iştirakı ilə seminar keçirilib

Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş tələbələrinin iştirakı ilə seminar keçirilib
5-05-2021, 16:55

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülən Kimya ixtisası üzrə III kurs tələbələrinin iştirakı ilə elmi-praktiki seminar keçirilib.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, elmi-tədqiqat müəssisəsi ilə tanışlıq zamanı institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev tələbələrdə elmə marağın artırılması istiqamətində söhbət aparıb.


Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında AMEA Naxçıvan Bölməsı Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev “Kimyəvi reaksiyaların təsnifatı” mövzusunda tələbələrlə fikir mübadiləsi aparıb, sual doğuran bəzi məqamlara aydınlıq gətirib. Sonra laboratoriyanın əməkdaşı, dosent Aliyə Rzayeva ilə birlikdə mövzu dairəsində müxtəlif təcrübələr aparılıb.

Seminar zamanı əvəzetmə reaksiyasına aid təcrübədə mis sulfat duzu məhluluna sink metalı ilə təsir etməklə misin ayrılması prosesi izlənilib. Sonra tələbələr adi suyun distillə suyu ilə müqayisəli kimyəvi analizini müşahidə ediblər. Mübadilə reaksiyasına aid təcrübədə sürmə duzu məhluluna natrium sulfid məhlulu ilə təsir etməklə narıncı rəngli sürmə sulfidin əmələ gəlməsi nümayiş etdirilib. Gənc mütəxəssislər həmçinin kalsium karbonatın xlorid turşusu ilə parçalanma reaksiyası zamanı karbon qazının əmələ gəlməsinin şahidi olublar.

Sonda bölmə əməkdaşları tələbələri maraqlandıran çoxsaylı sualları cavablandıraraq bəzi məsələləri təcrübi yolla izah ediblər.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930