SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Naxçıvanı tanıyaq” devizi altında Kəngərli rayonunda yerləşən tarix-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub

“Naxçıvanı tanıyaq” devizi altında Kəngərli rayonunda yerləşən tarix-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub
5-05-2021, 16:49

Bugün Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə gənclərin “Naxçıvanı tanıyaq” devizi altında Kəngərli rayonunda yerləşən tarix-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli Kəngərli rayonunun tarixi keçmişindən danışaraq bildirib ki, Babək və Şərur rayonlarının arasında yerləşən Kəngərli rayonu 19 mart 2004-cü ildə təşkil edilmişdir. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır. Kəngərli rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar,  kurqanlar və tarixi-memarlıq abidələrindən ibarətdir.

Vurğulanıb ki, ekskursiyanın təşkil olunmasında məqsəd Muxtar respublikanın gəzməli-görməli yerlərinin, tarixi-mədəniyyət abidələrinin və turizm obyektlərinin gənclərə tanıdılması, onların vaxtlarının dəyərli təşkilindən ibarətdir. 

Ekskursiya çərçivəsində gənclər Kəngərli rayonundakı Tarix-Diyarşünaslıq və Şahtaxtinskilər muzeylərini, Şahtaxtı hamamı və Qarabağlar Türbə Kompleksini ziyarət ediblər.  

Ekskursiyada elektron qeydiyyatdan keçmiş 25 gənc iştirak edib.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930