SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Nizami Gəncəvi ili”çərçivəsində tədbirlər davam edir

Naxçıvan Dövlət Universitetində “Nizami Gəncəvi ili”çərçivəsində tədbirlər davam edir
5-05-2021, 17:00

Ali təhsil ocağının Tarix – filologiya fakültəsində “Nizami Gəncəvinin ideyalar aləmi” mövzusunda elmi- nəzəri seminar keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, tədbiri giriş sözü ilə açan fakültənin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov qeyd edib ki, Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Nizami Gəncəvi irsi daim öyrənilir və təbliğ edilir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamı ədibin ədəbi irsinə göstərilən qayğının bariz nümunəsidir. Diqqətə çatdırılıb ki, dahi mütəfəkkirin irsinin öyrənilməsi və təbliği muxtar respublikada da daim diqqət mərkəzindədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2017- ci il 28 avqust “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamında şairin “Sirlər xəzinəsi” poeması və “Hikmət və nəsihətlər” i də yer alıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəddin Eyvazov “İsgəndərnamə” poemasında Nizami Gəncəviin fəlsəfi görüşləri” mövzusunda çıxış edərək qeyd edib ki, Nizami Gəncəvi Azərbaycan fars dilli poeziyasının klassiki, orta əsrlər şərqinin ən böyük şairlərindən biri, fars dilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkardır. Qeyd edilib ki, "İsgəndərnamə" poeması iki hissədən ibarətdir: birinci hissə "Şərəfnamə'', ikinci hissə "İqbalnamə" adlanır. Vurğulanıb ki, filosof şairin “İsgəndərnamə” əsərinin qəhrəmanı e.ə. IV əsrdə yaşamış qədim Yunanıstanın məşhur sərkərdəsi makedoniyalı İskəndərdir. Şairin “Xəmsə” sinə daxil olan əsərlər haqda məlumat verildikdən sonra tələbələr tərəfindən şairin şeir, qəzəlləri bədii qiraət edilib.
Etibar Dərbəndəliyev
“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi
 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930