SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb
4-05-2021, 11:09

Azərbaycanın bir qrup dini icma üzvünün Kəlbəcərə səfəri başlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə təşkil olunub.

Səfərdə icma üzvlərini kütləvi informasiya vasitələrinin nümayəndələri də müşayiət edir. Məqsəd Alban-Udi Xristiyan dini icması tərəfindən Kəlbəcərdə yerləşən qədim alban ziyarətgahı Xudavəng məbədinin ziyarət olunması və xristianların müqəddəs bayramı hesab olunan Pasxa bayramı münasibəti ilə məbəddə dini ainin icrasını işıqlandırmaqdır. Dini ainlərin icrası tədbirində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov və Alban-Udi Xristian Dini İcmasının sədri Robert Udili iştirak edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31