SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb

Sədərəyin üzüm bağlarında becərmə işləri başlayıb
11-04-2019, 19:31

Son dövrlər rayonumuzda üzümçülük ənənələrini bərpa etmək məqsədilə atılan addımlar razılıqla qarşılanır. Üzümçülüklə məşğul olan Sədərək kənd sakini Zülfiqar Hüseynovun dediklərindən:
-Günəş şüalarından bol-bol bəhrələnən, torpaq və sudan yetərincə yararlanan üzüm çox qədimdən Sədərək rayonunda özünə yer seçmişdir. Çünki Naxçıvanın torpaq, iqlim şəraiti burada üzümçülüyün böyük sahələrdə və ilboyu intensiv becərilməsi üçün çox əlverişlidir. Elə bu baxımdan da kənd təsərrüfatının bu mühüm sektoru daim diqqət mərkəzində saxlanılır, onun inkişaf etdirilməsinə yüksək qayğı göstərilir. Sədərəyin kənd təsərrüfatında aparıcı sahələrdən birinə çevrilən üzümçülük iqtisadiyyatın daha da möhkəmləndirilməsində, əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayır.
Üzüm istehsalı üçün rayonun əlverişli təbii-iqlim şəraiti, onun digər bitkiçilik məhsullarına nisbətən yüksək iqtisadi səmərəliliyi, keyfiyyətli süfrə və texniki üzüm sortlarına olan daxili tələbatının yerli istehsal hesabına ödənilməsi, həmçinin qonşu və digər ölkələrin bazarlarında yüksək keyfiyyətli ekoloji, təmiz süfrə üzümünə, şərab və digər üzüm məhsullarına olan yüksək tələbat bu sahənin daha da inkişaf etdirilməsini zəruri edib.
Bunları nəzərə alaraq üzüm sahələrini genişləndirərək 1,2 hektara çatdırmışam. Ailəliklə bu işlə məşğul oluruq. Üzümçülük gəlirli sahə olduğu üçün gələcəkdə bol məhsul əldə edərək ailə büdcəmizə əlavə gəlirlər gəlməsinə şərait yaradacağıq. Bunula da dolanışığımız daha da yaxşı olacaq.
Niyazi Məhərrəmov – Azərbaycan Vətən müharibəsi veteranı:
– Dövlətimizə minnətdaram ki, hər zaman bizim qayğımıza qalır, güzəranımızı daha da yaxşılaşdırmağa çalışır. Müstəqil ölkəmiz, dövlətimiz üçün qürur hissi keçiririk. Vətən yolunda əbəs yerə fədakarlıq göstərmədiyimizi bir daha dərk edirik.
Rayonumuzun təbii iqlim şəraiti üzümçülük təsərrüfatı ilə məşğul olmağa çox əlverişlidir. Mən də hal-hazırda təsərrüfat işləri ilə məşğul oluram. Bunun üçün lazımi şərait yaradılıb. Bildiyiniz kimi Sədərək rayonunda üzümçülüyün inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bunun üçün süfrə üzümü əkini sahələri genişləndirilib, yeni üzüm bağları salınıb, üzümçülük təsərrüfatlarına lazım olan əsas və köməkçi materialların istehsalının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması vəzifələri müəyyənləşdirilib.
Rayonun üzümçülüklə məşğul olan torpaq mülkiyyətçilərindən Əli Yaqubov, Ramiz İsmayılov və başqaları ilə söhbət zamanı bildirdilər ki, rayonda bu sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər hər kəsin ürəyincədir. Çünki bu sahə inkişafının ən yüksək zirvəsinə çatarsa əhalinin məşğulluğu təmin olunacaq, bu sahə ilə əlaqəli olan istehsal müəssisələri həyata vəsiqə alacaq.
Yeni üzüm bağlarının salınması, bir neçə il sonra bu sahə ilə məşğul olan torpaq mülkiyyətçilərinin imkanlarını daha da artıracaq.
Rayonun yeni üzüm sahələrində gəzib-gördüklərimiz və eşitdiklərimiz bizdə belə qənaət yaratdı ki, qazanılan yüksək nəticəni şərtləndirən amillərdən birincisi dövlət qayğısıdırsa, digəri rayon sakinlərinin zəhmətsevərliyi və işgüzarlığıdır: Zəhmətkeş və torpaqsevər insan isə həm özü, həm də ölkəsi üçün həmişə faydalı işlər görür. Bir də ki, torpaq daimi qayğı görsə, çəkilən zəhmətin əvəzini birə-beş qaytarar. Onun da sevgisi verdiyi bardır...
Sərxan İSMAYILOV

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30