SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qadınlar üçün növbəti toxuculuq təlimi keçirilib

Qadınlar üçün növbəti toxuculuq təlimi keçirilib
27-04-2021, 20:37

Qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan qadınlar arasında toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib.

Naxçıvan Muxtar RespublikasıAilə, Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təlimdə 6 aztəminatlı ailənin üzvü, 12 sağlamlıq imkanları məhdud qadın və 3 Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbərləri olmaqla, cəmi 21 nəfər iştirak edib.

Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Sürəyya Bəşirova, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov çıxış ediblər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olanlar arasında xalq tətbiqi sənəti nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də sosial layihələr həyata keçirilir. Bu ilin ötən dövrü ərzində toxuculuq ilə bağlı Sədərək və Culfa rayonlarında təlimlər təşkil olunub.
Sonda təlimi həyata keçirəcək toxucu qadın Gülsüm Kəngərli milli-mənəvi dəyərlərin yaşadılmasında və inkişafında dövlətimiz tərəfindən hər zaman dəstək göstərildiyini bildirib, əyanı vəsaitlərdən istifadə etməklə təlimə başlayıb. Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb.



Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031