SON DƏQİQƏ

naxcivanxeberleri.com

Epidemiya əleyhinə rejimin, karantin rejimlərinin pozulması hansı məsuliyyətə səbəb olur?

Epidemiya əleyhinə rejimin, karantin rejimlərinin pozulması hansı məsuliyyətə səbəb olur?
27-04-2021, 10:10

Azərbaycan Respublikasın İnzibati Xətalar məcəlləsinin 211-ci maddəsinə  əsasən epidemiyaəleyhinə rejimin,sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə,vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediliryaxud işin hallarına görəxətanı törədənin şəxsiyyəti nəzərə alınmaqlabir ayadək müddətə inzibati həbs tətbiq olunur,hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Epidemiya əleyhinə rejimsanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasınahabelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görəfiziki şəxslər yüz manat məbləğindəvəzifəli şəxslər üç yüz manat məbləğindəhüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

211.2-ci maddədə  nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görəfiziki şəxslər iki yüz manat məbləğində vəzifəli şəxslər altı yüz manat məbləğində hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

 

Rauf CƏFƏROV

Sədərək rayon Prokurorluğunun müstəntiqi                                        

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031