SON DƏQİQƏ

00:06 - Günün qoroskopu

23:47 - Azərbaycan karateçisi ermənini məğlub edərək qızıl medal qazanıb

23:19 - Böyrəkləri təmizləyən ən təbii müalicə üsulları

22:47 - Şahbuz Rayon Uşaq Musiqi Məktəbində dəyirmi masa keçirilib

22:30 - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə konsert keçirilib

22:08 - 349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək

21:46 - ABŞ kosmosa silah yerləşdirir

21:24 - Cahan Holdinq Kommersiya şirkətləri ittifaqının Naxçıvan Avtomobil Zavodu yeni sorğu kompaniyayasına start verib

21:09 - Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

20:59 - Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib - YENİLƏNİB-3

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:32 - Naxçıvanda ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus və mikroavtobuslar payız-qış mövsümünə hazırlıqla bağlı texniki müayinə edilir

20:13 - Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən bağlardan toplanan alma rayon ərazisindəki hərbi hissəyə təhvil verilib

19:51 - Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmədovun fərdi yaradıcılıq sərgisi açılıb - FOTO

19:39 - Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Naxçıvan Dövlət Universitetində Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib
11-04-2019, 15:32

Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksək ixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə sahib vətəndaşların hazırlanıb həyatda səmərəli fəaliyyət göstərməsindəki rolundan danışıb. Pedaqoji təcrübənin muxtar respublikanın ali və orta təhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji ustalıqlara yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya vasitələrindən istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışıb. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübə dövrünə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov Azərbaycanda, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bugün də ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Qeyd edilib ki, muxtar respublikada təhsilin inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir, maddi-texniki baza gücləndirilir. Nazir bildirib ki, məhz həmin təhsil strategiyasının nəticəsi kimi son illər Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin binaları yenidən tikilib və ya əsaslı şəkildə təmir olunub, lazımi avadanlıqlarla təchiz olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib. Bildirilib ki, 200-dən çox orta ümumtəhsil məktəbərində 40000-dən çox şagirdin təhsil alması üçün labarotariya, fənn-tədris kabinələri, 600-dən çox elektron lövhə, 5500-dən çox kompüter dəstləri quraşdırılıb.
Ali təhsil müəssisələrinə qəbul olan 1781 tələbənin 764 nəfərinin Naxçıvan Dövlət Universitetini seçdiyini diqqətə çəkən çəkən nazir yüksək bal toplayan 331 tələbənin 174-nün də yenə də bu ali təhsil ocağının payına düşdüyünü qeyd edib. Nazir 764 tələbənin 292-nin müəllim peşəsini seçməyini isə muxtar respublikada təhsilə, elmə göstərilən yüksək dövlət qayğısının təzahürü kimi qiymətləndirib. Müəllimlərin işə qəbulu qaydalarının 2018-ci ildən artıq Dövlət qəbulu komissiyası tərəfindən test üsulu ilə həyata keçirildiyi və 119 gəncin artıq işlə təmin edildiyi diqqətə çatdırılıb. Bildirilib ki, məktəblərdə təhsilin keyfiyyətinin yaxşılaşdırlması istiqamətində elmi dərəcəli müəllimlərin ayda bir dəfə olmaqla təhsil aldıqları məktəblərdə keçdikləri nümunəvi dərslər, Akademiyanın Naxçıvan bölməsi ilə, muzeylərlə birgə keçirilən interaktiv dərslər şagirdlərin dünyagörüşündə əhəmiyyətli dərəcədə rol oynayır. Nazir təcrübə müddətində tələbələri təhsillə bərabər məktəblərdə keçirilən tədbirlərdə uğurlu fəaliyyətə səsləyib.
Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər və qarşıda duran vəzifələr barədə çıxış edən Tədris şöbəsinin müdiri Şahin Əliyev bildirib ki, universitetin əyani şöbəsində 15 şəhər, 2 kənd məktəbi olmaqla, 17 ixtisas üzrə cəmi 456 tələbə artıq pedaqoji təcrübəyə başlayır. III kursların yeddi həftə ərzində pedaqoji təcrübə keçəcəkləri, kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, pedaqoji təcrübənin yekununda baloniya sisteminə uyğun olaraq 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.
Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Orucova tələbələri təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər haqqında məlumatlandırıb.
Sonda metodik dərs vəsaitləri və orta məktəb dərslikləri nümayiş olunan sərgiyə baxış olub. Qeyd edək ki, 170-dən çox olmaqla təqdim edilən dərs vəsaitləri universitetin kitabxanasına Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyi tərəfindən təqdim edilib.


Naxçıvan Dövlət Universitetində Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib
Naxçıvan Dövlət Universitetində Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib
Naxçıvan Dövlət Universitetində Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30