SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Duzdağ” Otel beynəlxalq “Turizm və Səyahətlər” sərgisində iştirak edib

“Duzdağ” Otel beynəlxalq “Turizm və Səyahətlər” sərgisində iştirak edib
11-04-2019, 15:18

Aprelin 4-6 tarixində Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2019”) sərgisi keçirilib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə “Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən “AITF 2019” sərgisində dünyanın 17 ölkəsindən 189 şirkət və təşkilat iştirak edib. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Duzdağ” Otel sərgidə təmsil olunub. Otelin təmsil olunduğu stenddə otel haqqında eləcədə muxtar respublikanın turizm potensialı haqqında qonaqlara məlumat verilib.
Qeyd edək ki, bu il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilib. Sərgi Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Dünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən dəstəklənir.


“Duzdağ” Otel beynəlxalq “Turizm və Səyahətlər” sərgisində iştirak edib
“Duzdağ” Otel beynəlxalq “Turizm və Səyahətlər” sərgisində iştirak edib
“Duzdağ” Otel beynəlxalq “Turizm və Səyahətlər” sərgisində iştirak edib
“Duzdağ” Otel beynəlxalq “Turizm və Səyahətlər” sərgisində iştirak edib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031