SON DƏQİQƏ

naxcivanxeberleri.com

Özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüşlər davam etdirilir

Özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə maarifləndirici görüşlər davam etdirilir
23-04-2021, 21:18

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası əhalinin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Muxtar respublikada sosial qayğıya ehtiyacı olan аilələrin аktiv əməyə cəlb еdilməsi, məşğulluğunun təmin оlunmаsı daim diqqət mərkəzində saxlanılır. Bu bахımdаn özünüməşğulluq proqramı sosial qayğıya ehtiyacı olan şəxslərin ailə təsərrüfatlarını qurmalarına, əmək potensialları çərçivəsində gəlirlərini artırmalarına, kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Bununla yanaşı, dövlət proqramının icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya ehtiyacı olan şəxslərin maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin icrası davam etdirilir. Həyata keçirilən tədbirlərin davamı olaraq, aprel ayının 23-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti və Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq proqrama cəlb edilən yerli sakinlərlə görüş keçirilib. Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib və bu mövzularda onları maraqlandıran suallar cavablandırılıb. Tədbirin ardından, müvafiq dövlət qurumlarının əməkdaşlarının iştirakı ilə aktiv verilmiş təsərrüfatlara baxış keçirilib, təsərrüfat sahiblərinə zəruri tövsiyyələr verilib.


 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31