SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində tələbələri ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində tələbələri ilə görüş keçirilib
23-04-2021, 20:39

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində ixtisasların hamiliyə verilməsi ilə əlaqədar Naxçıvan Dövlət Texniki Kollecinin “Rabitə qovşaqları və kommunikasiya sistemləri” ixtisası üzrə təhsil alan tələbələrlə görüş  keçirilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul  tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı  tədris müddəti ərzində təhsil alan  tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirilir, onlar Nazirliyin və tabeli qurumlarının fəaliyyəti ilə tanış edilir, maarifləndirici görüş və seminarlar təşkil edilir. Həmçinin Nazirliyin  əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecində pedoqoji fəaliyyətlərinə şərait yaradılır, müvafiq fənlər tədris edilir. Bunlarla yanaşı, Naxçıvan Dövlət Texniki Kollecinin  aid ixtisası üzrə məzunların məşğulluğu da diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi sistemində çalışan  Naxçıvan Dövlət Texniki Kollecinin aid ixtisası üzrə məzunların sayının heç də az olmadığı da çıxış zamanı qeyd edilib. 

Vurğulanıb ki, müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara tələbat artır. Qarşıya qoyulmuş vəzifələrin icrasına uyğun olaraq  müasir əmək bazarında praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara olan tələbatı ödəmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən  Naxçıvan Dövlət Texniki Kolleci  ilə birlikdə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir.  

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək bildirib ki, təcrübə keçirilən müddətdə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən tələbələrin təcrübə keçməsi üçün bütün şərait yaradılıb, tələbələr yeni nəsil telekommunikasiya sistemləri, avtomat telefon stansiyalarının iş prinsipləri və digər vasitələrlə əyani tanış olublar.

Nazirliyin Telekommunikasiya və radiotezliklərin qeydiyyatı şöbəsinin müdiri Azər Seyidov çıxışında müasir standartlara cavab  verən yeni nəsil telekommunikasiya sistemləri və xüsusiyyətləri, avtomat telefon stansiyaları və onların iş prinsipləri, rəqəmli televiziya və peyk yayımı, tezlik diapazonları və zolaqları, məftilli və fiber-optik xətlərin çəkilməsi, muxtar respublikada istifadə olunan ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) və GPON (Giqabit Passiv Optik Şəbəkə) internet xidmətləri haqqında məlumat verib.

Daha sonra isə Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi Qumral Əliyevanın və Kollecin tələbəsi Tükəzban Mustafazadənin mövzu ilə bağlı çıxışları dinlənilib. 

Tədbirdə tələbələrə kompüterin daxili və xarici qurğuları, onların iş prinsipləri, kompüterin proqram təminatı, əməliyyat sistemləri, antivirus proqramları, proqramlaşdırma dilləri, müxtəlif müasir proqramlar, mobil şəbəkə standartları, analoq və rəqəmsal elektronika, suni intellekt, nanotexnologiya, robotexnika, mexatronika və 5G texnologiyaları barəsində hazırlanmış slaydlar vasitəsilə ətraflı məlumatlar verilmiş, şəbəkələrin çəkilməsində istifadə olunan kabellərin RJ-45 başlıq hissəsinin birləşməsi, yeni nəsil avtomat telefon stansiyalarının iş prinsipləri ilə əyani tanışlıq olub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31