SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanın milli parklarının yaz görüntüləri-FOTO

Azərbaycanın milli parklarının yaz görüntüləri-FOTO
23-04-2021, 19:42

Yaz fəsli Azərbaycan təbiətində xüsusi rəngarənglik yaradır. Bu gözəllikləri ölkənin bütün bölgələrini əhatə edən milli parklarımızda da görmək mümkündür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, qərb bölgəsinə səyahət edənlər Kəpəz dağının ətəyində bir-birindən gözəl göllərin əhatəsində yerləşən Göygöl Milli Parkındakı füsunkar mənzərənin şahidi olacaqlar.

Şimalda və şimal-qərbdə Şahdağ Milli Parkının dağlıq və dağətəyi landşaftında xüsusi zövq yaradan göllər və dağ çiçəkləri diqqət çəkir. Şahdağın yaz mənzərəsi bu ərazinin yeni sakinləri olan zubrlarla daha cəlbedici görünür.

Azərbaycanın cənub hissəsinin ən gözəl təbiət abidəsi olan Hirkan Milli Parkı da yaşıl örtüyə bürünüb.

Bu yaz Abşeron yarımadasının ən ucqar nöqtəsinə - Abşeron Milli Parkına da özünəməxsus gözəllik gətirib. Qırmızı, sarı, təbiətin rəng axarı...

Altıağac Milli Parkının meşəlikləri və çəmənlikləri də yaz peyzajı ilə göz oxşayır.

Ağgöl Milli Parkının düzən əraziləri lalələrlə qırmızı xalıya bənzəyir, bu mənzərə təbiətə daha da gözəllik qatıb.

Xəzər dənizini sıx meşələrlə birləşdirən Azərbaycandakı yeganə ərazi olan Samur-Yalama Milli Parkının da öz gözəlliyi var.

Təbiətin oyanışı ölkənin ən böyük ornitoloji məkanı kimi tanınan Qızılağac Milli Parkında daha gözəl mənzərə yaradıb.

Ceyranlar oylağı Muğan düzünün yaz gözəlliklərini Şirvan Milli Parkında axtarın.

Nazirlik gözəl yaz görüntülərini görmək üçün vətəndaşları səyahət fürsətlərini qaçırmamağa səsləyib!

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31