SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mühasiblər üçün növbəti təlim keçirilib-FOTO

Mühasiblər üçün növbəti təlim keçirilib-FOTO
23-04-2021, 18:59

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən  “Büdcə və əmək qanunvericiliyi” adlı  təkmilləşdirici iki günlük təlim keçirilib.

Tədris Mərkəzindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Maliyyə Tədris Mərkəzinin tədris zalında keçirilən təlimə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi,  Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası və  digər büdcə təşkilatlarından 12 mühasibat işçisi dəvət olunub

Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova Maliyyə Tədris Mərkəzi və keçirilən təlimlər haqqında ümumi məlumat verib, mövzunun aktuallığı və mahiyyəti barədə danışıb. Bildirilib ki, "Mühasibat uçotu haqqında" Qanunda qeyd olunan  peşəkar mühasib sertifikatını almaq  istəyən şəxslərin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları ilə yanaşı,  yerli qanunvericiliyin tələblərini də  mükəmməl bilmələri vacib şərtdir. Bugünkü təlimin də əsas məqsədi gələcəyin peşəkar mühasiblərinin büdcə və əmək qanunvericiliyi ilə bağlı  biliklərinin artırılması olduğu iştirakçıların diqqətinə çatdırılıb.

Təlimin ilk günü “Büdcə sistemi və vahid büdcə təsnifatının mahiyyəti”  modulu ətrafında büdcə ilə bağlı əsas anlayışlar və onların izahı, Azərbaycan Respublikasının büdcə sistemi, məqsədli büdcə fondları, ehtiyat fondları, icmal büdcə, dövlət büdcəsinin tərtibi qaydaları, Vahid büdcə təsnifatına əsasən gəlir və xərclərin təsnifatı  və digər mövzularla bağlı Nazirliyin Büdcə şöbəsinin əməkdaşı Ramil Hüseynovun mövzu ilə əlaqədar slaydlarla zənginləşdirilmiş məlumatları diqqətə çatdırılıb, praktiki tapşırıqlar verilib.

Təlimin növbəti günü “Əmək qanunvericiliyinin əsasları” adlı mövzu ətrafında Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova tərəfindən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar, əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları, müddətli və müddətsiz müqavilələr,  iş vaxtı, natamam iş vaxtı və bu kimi digər maddələr haqqında iştirakçılara məlumat verilib.

Sonda təlim iştirakçılarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün test mərhələsi keçirilib və yekun nəticədə müvəffəqiyyət qazanan dinləyicilərə Maliyyə Tədris Mərkəzinin  sertifikatları təqdim edilib.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31