SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Beynəlxalq Hava Limanındataktiki-xüsusi təlim keçirilib -FOTO

Naxçıvan Beynəlxalq Hava Limanındataktiki-xüsusi təlim keçirilib -FOTO
23-04-2021, 17:00

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə aprelin 23-də Naxçıvan Beynəlxalq Hava Limanında “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd Naxçıvan Beynəlxalq Hava Limanının sülh və müharibə dövrləri üçün mülki müdafiə planının, hava limanında qəza şəraiti yarandığı halda tədbirlər planının və yanğından mühafizə planının reallığını yoxlamaq, hava limanının yerüstü obyektlərində baş verə biləcək yanğınlar zamanı vəziyyətin qiymətləndirilməsi, xilasetmə və digər təxirəsalınmaz işlərin  aparılması üzrə təlim iştirakçılarına təcrübə qazandırmaq və yanğınların söndürülməsi üzrə Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə komandasının fəaliyyətini yoxlamaq, həmçinin  təlimə cəlb olunan digər  mülki müdafiə qüvvələrinin uzlaşmış fəaliyyətinin təşkilinə nail olmaqdan ibarət olub.

            Təlim planına uyğun olaraq ilk növbədə hava limanının Yanğın Təhlükəsizliyi və Qəza-Xilasetmə komandasının döyüş hazırlığının yoxlanılması məqsədilə şəxsi heyətindən “Döyüş açılışı” üzrə normativlər qəbul edilib. Sonra Yanacaq-Sürtkü Materialları anbarında şərti baş vermiş yanğının söndürülməsi üzrə yanğınsöndürmə qüvvələrinin fəaliyyətinin təşkili sualına baxılıb, təlim yerində yanğından mühafizə bölmələrinin praktik fəaliyyətinə qiymət verilib.  Yanacaq-Sürtkü Materialları anbarının yanğın cəhətdən təhlükəli obyekt olduğunu nəzərə alaraq şərti yanğının söndürülməsinə Naxçıvan Beynəlxalq Hava Limanından 3 ədəd “MAN”, Fövqəladə Hallar Nazirliyinin Naxçıvan şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən 2 ədəd “İVECO” markalı müasir tipli yanğınsöndürmə texnikası və Babək şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsindən 1 ədəd “KAMAZ”, 21 nəfər isə şəxsi heyət cəlb olunub. Yanğınsöndürənlərin cəld və çevik fəaliyyəti nəticəsində yanğının qarşısı vaxtında alınıb, yanğının qonşu çənlərə keçməməsi üçün çənlərin soyudulması təmin edilib, yanğın ocağında xəsarət alanlara hava limanının Səhiyyə məntəqəsi tərəfindən ilk tibbi yardım göstərilib və onların xəstəxanaya təxliyəsi təmin olunub.

Təlimdə həmçinin hava gəmilərinin qəza enişi zamanı yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi, xəsarət alanların çıxarılması və onlara ilk tibbi yardımın göstərilməsi praktiki şəkildə həyata keçirilib.

Keçirilən təlimdə Naxçıvan Beynəlxalq Hava Limanı və Fövqəladə Hallar Nazirliyindən ümumilikdə 131 nəfər şəxsi heyət, 6 ədəd yanğınsöndürmə avtomobili, 6 ədəd xüsusi təyinatlı texnika, idarəetmə və rabitə vasitələri cəlb edilib. Təlim uğurla başa çatdırılıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Aparatının Mülki müdаfiə işinin təşkili şöbəsinin mülki müdаfiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi mayor  Rəcəb Səfərov təlimdən sonrakı çıxışında qeyd edib ki, şəxsi heyətin döyüş, peşə və fiziki hazırlığının artırılması baxımından gələcəkdə muxtar respublikanın bütün strateji əhəmiyyətli  obyektlərində bu kimi təlimlər keçiriləcəkdir.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31