SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublika sahibkarları hərtərəfli qayğı ilə əhatə olunublar

Muxtar respublika sahibkarları hərtərəfli qayğı ilə əhatə olunublar
23-04-2021, 12:37

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında” 21 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətlə bərabər, sahibkarlığın, xüsusən də qeyri-neft sektorunun inkişafına dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikasında da bazar iqtisadiyyatı şərtlərində sahibkarlara dəstək verilməsi, işgüzar fəallığın artırılması məqsədilə vahid konfederasiya ətrafında onların könüllü ittifaqın yaradılması qarşıya qoyulmuş məqsədlər baxımından əhəmiyyətli olmuşdur. 2006-cı ildən bəri fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası bu istiqamətdə davamlı çalışaraq sahibkarların uğurlu biznes fəaliyyətinə öz dəstəyini göstərir. Bu sahibkarlar arasında sənaye və ərzaq məhsulları, mebel və tikinti materialları istehsalı, tibb və ticarət xidmətləri üzrə geniş profildə fəaliyyət göstərənlər var. Muxtar respublikamızın sosial-iqtisadi inkişafına daha yaxşı töhfə vermək üçün  sahibkarları bir qurum altında birləşdirən konfederasiya öz işini günün tələbləri səviyyəsində və verilmiş tapşırıqların layiqli icrası istiqamətində qurmuşdur.

Sahibkarlar tərəfindən təşkil edilən ailə təsərrüfatları, arıçılar, quşçular və istixanaçılar birlikləri də, öz növbəsində, konfederasiya ilə sıx əlaqədə fəaliyyət göstərirlər. O cümlədən sahibkarların müasir biznesin əsas istiqamətləri üzrə maarifləndirilməsi üçün kurslar təşkil olunur, onları maraqlandıran məsələlərin həll olunması məqsədilə dövlət orqanları ilə birgə görüşlər təşkil edilir. Ötəndövrdə bu istiqamətdə aidiyyəti dövlət orqanlarının iştirakı ilətədbirlər keçirilmiş, sahibkarların fəaliyyət sahələrində yaranan çətinliklər müzakirə olunaraq müvafiq köməkliklər göstərilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə yerli istehsalın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ixracın genişlənməsinə və inkişafına yeni imkanlar yaratmışdır. Artıq muxtar respublikada yaradılan istehsal müəssisələri daxili bazarı təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etmək potensialına da malikdir. Belə ki, “Badamlı Mineral  Sular”, Babək “Sirab”, “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Cahan Tabak Beynəlxalq” və “Gəmiqaya Mebel Fabriki” Məhdud Məsuliyyətli cəmiyyətlərini qeyd etmək olar.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynayan aqrar sektoruninkişafı üçün də dövlət tərəfindən bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına  subsidiyaların verilməsi, onların müasir texnika, texnoloji vasitələr, mineral gübrələrlə təminatı və güzəştlərin tətbiqiməhsul istehsalının artımına səbəb olmuşdur.Yerli istehsal məhsullarının ixrac qabiliyyətinin artırılması və  investisiyaların cəlb edilməsi istiqamətində ötən dövrdə konfederasiyanın iş planına uyğun olaraq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və digər təşkilatlarla mütəmadi olaraq əlaqə saxlanılmış, müzakirələr aparılmışdır. Bununla yanaşı, konfederasiya tərəfindən müəssisələrimizin və məhsullarımızın təbliği, beynəlxalq tədbirlərdə tanıdılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının təsisçisi olduğu “Biznes Həyatı” jurnalının xüsusi nömrəsində muxtar respublikanın sosial-iqtisadi inkişafı, ixrac, turizm potensialı və 14 ixrac potensiallı müəssisənin fəaliyyəti haqqında məlumatlar dərc etdirilmişdir.

2020-ci ildə muxtar respublikada pandemiyanın sahibkarlığa mənfi təsirini azaltmaq məqsədiləsahibkarlar üçün dəstək mexanizmləri işə salınmış və iqtisadi fəaliyyət sahələrinə müvafiq maliyyə yardımları göstərilmişdir.

Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən iş adamlarına düzgün istiqamət verməyi özünün əsas vəzifələrindən biri hesab edən Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası bu baxımdan sahibkarların hüquqlarını qorumağa, dövlət orqanları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək, yaradılmış şəraitdən maksimum istifadə olunmasına köməklik göstərməyə çalışır. Bunun üçün hazırda muxtar respublikamızda hərtərəfli münbit şərait və əlverişli biznes mühiti yaradılıb.Özəl sektora göstərilən dövlət qayğısı, əməklərinin yüksək qiymətləndirilməsi sahibkarlar tərəfindən rəgbətlə qarşılanır, qazanılan nailiyyətlər onları daha ruhlandırır.  Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasıyа­rаdılmış şəraitdən səmərəli istifаdə еt­məkləbundan sonra da muxtar respublika iqtisadiyyatının inkişafı üçün əlindən gələni edəcək, göstərilən etimadı doğrultmağa çalışacaq.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31