SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi və İncəsənət məktəbində maarifləndirici tədbir keçirilib

Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi və İncəsənət məktəbində maarifləndirici tədbir keçirilib
23-04-2021, 12:29

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçlılığı ilə Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi və İncəsənət məktəbində müəllimlərin və texniki heyətin iştirakı ilə mülki müdafiə, fövqəladə hallardan qorunma və yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı “Naxçıvan şəhər 2 nömrəli Uşaq Musiqi və İncəsənət məktəbində fövqəladə hallara hazırlıq işi diqqətdə saxlanılmalıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuаt хidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirin əsas məqsədi mülki müdafiə, fövqəladə hallardan qorunma, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması və yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş qaydalar haqqında mədəniyyət işçilərinə məlumat vermək olmuşdur.

Tədbiri giriş sözü ilə açan Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin Mülki müdаfiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Azadə Cəfərova bu cür maarifləndirici söbətlərin vacibliyini vurğulamış və tədbirin əhəmiyyəti barədə müəllimlərə və texniki işçilərə məlumat vermişdir. Həmçinin, məruzəçi mədəniyyət müəssisələrində mülki müdafiə işinin təşkilinə və mülki müdafiə qüvvələrinin şəxsi heyəti ilə keçirilən dərslərin əhəmiyyətindən, işçilərin fövqəladə hallara hazırlanması üzrə tədbirlərin təşkili və keçirilməsi, təbii fəlakətlər zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat verib.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin baş məsləhətçisi, dövlət qulluqçusu Afaq Alməmmədova isə radiasiya təhlükəsi zamanı davranış qaydaları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonda tədbir iştirakçılarının verdiyi suallar cavablandırılmış, mövzulara aid slayd və videolar təqdim edilmişdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31