SON DƏQİQƏ

naxcivanxeberleri.com

Aşıq Ələsgərin 200 illiyi Naxçıvan Müəllimlər İnstitutunda qeyd edilmişdir-FOTO

Aşıq Ələsgərin 200 illiyi Naxçıvan Müəllimlər İnstitutunda qeyd edilmişdir-FOTO
23-04-2021, 12:00

22 aprel 2021-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitunda “Aşıq Ələsgər - 200” adlı elmi praktik və ədəbi -  bədii tədbir keçirilib. Tədbiri giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirib ki, Aşıq Ələsgər aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmışdır. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliği bütün dövrlərdə onun irsinin silinməz tarixi yaddaş rəmzi kimi yaşadılmasına xidmət edir.

Naxçıvan Müəllimlər İnstitutunun Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə İnstitutun Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Y.Səfərov “Aşıq Ələsgərin Naxçıvan səfəri”,  dosent Fəxriyyə Cəfərova “Aşıq Ələsgər yaradıcılığının dil və üslub xüsusiyyətləri”,  Afət Həsənova “Aşıq Ələsgər haqqa qovuşan sənətkar” mövzularında çıxış ediblər.

Çıxışlarda Aşıq Ələsgər yaradıcılığının bütün sahələrinə müraciət edilmiş, vurğulamışdır ki, Aşıq Ələsgər ömrünü sözə həsr edən, sözlər aləmində yaşayıb onunla  nəfəs alan ədəbi şəxsiyyət, poeziya nəhəngidir. Aşıq Ələsgər poeziyası sanki Azərbaycan dilinin bədii imkanlarını sınağa çəkmək, qüdrətini təsdiqləmək üçün yaranmışdır.

    Tədbir tələbələrin təqdimatında ədəbi – bədii hissə ilə yekunlaşmışdır.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31